Qazaxıstan Prezidenti İlham Əliyevə zəng edib | Eurasia Diary - ednews.net

15 İyun, Çərşənbə axşamı


Qazaxıstan Prezidenti İlham Əliyevə zəng edib

Siyasət A- A A+

Mayın 13-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Bu barədə Prezidentin Mətbuat xidmətindən məlumat verilib.

Qazaxıstan Prezidenti Ramazan bayramı münasibətilə dövlətimizin başçısını və Azərbaycan xalqını təbrik edib, əmin-amanlıq arzularını çatdırıb.

Azərbaycan Prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib, öz növbəsində, Kasım-Jomart Tokayevi və Qazaxıstan xalqını Ramazan bayramı münasibətilə təbrik edərək firavanlıq arzulayıb.

Dövlət başçıları Azərbaycan ilə Qazaxıstan arasında uğurla inkişaf edən dostluq münasibətlərinin bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildirib, əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Söhbət zamanı Türk Şurası çərçivəsində də ölkələrimizin uğurlu əməkdaşlıq həyata keçirdikləri vurğulanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...