Paşinyanın mənəvi atası kimdir - Ter-Petrosyanın, yoxsa Robert Köçəryanın? | Eurasia Diary - ednews.net

25 İyun, Cümə


Paşinyanın mənəvi atası kimdir - Ter-Petrosyanın, yoxsa Robert Köçəryanın?

Siyasət A- A A+

Erməni Milli Konqresinin sədr müavini Levon Zurabyan bildirib ki, baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyan hakimiyyətə gələndən sonra  əslində Levon Ter-Petrosyanın yox, Robert Köçəryanın və “bir qarış da torpaq vermərik” deyən digərlərinin planlarını həyata keçirib.

Zurabyan bu haqda Konqresin qurultayında danışıb. O deyib ki, siyasi dairələrdə Paşinyanın guya Ter-Petrosyanın mənəvi oğlu olduğu və keçmiş prezidentin Qarabağa dair planını həyata keçirdiyi haqda fikirlər geniş yayılıb.

“Lakin analiz bunun tam tərsini göstərir: Paşinyan Ermənistanda və Qarabağda Ter-Petrosyanın öz planına uyğun olaraq qarşısını almağa çalışdıqlarını həyata keçirib. Paşinyan “bir qarış da torpaq vermərik” deyənlərin planını yerinə yetirib, yəni Robert Köçəryanın, “Daşnaksütun” Erməni İnqilabi Federasiyasının və “Sasna Tsrer”in”,-Levon Zurabyan bildirib.

Onun sözlərinə görə, Paşinyan “bir metr də olsun torpaq” güzəştə getməməyə çalışdı, amma yekunda bu torpaqları Azərbaycan güc yolu ilə geri aldı, üstəlik minlərlə erməni əsgəri öldü.

L.Zurabyan onu da deyib ki, 2008-ci ildə Paşinyan Ter-Petrosyanın yanaşmalarını bölüşürdü. Lakin 2012-ci ildə parlamentə keçəndən sonra partiya ilə əlaqələrini kəsdi, 2015-ci ildən isə Ter-Petrosyanı açıq tənqid etməyə başlayaraq “bir qarış da olsun torpaq vermərik” deyənlərin ideyalarını dəstəklədi.

Qeyd edək ki, Ter-Petrosyan 1998-ci ildə Qarabağ münaqişəsinin mərhələli həll planını qəbul etməyə razılaşdığı üçün Robert Köçəryan tərəfindən faktiki devrilib. Plana əsasən ətraf rayonlar Azərbaycana qaytarılırdı və Dağlıq Qarabağın yekun statusu sonrakı danışıqlarda müəyyən edilməli idi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...