Azərbaycan Ordusu Naxçıvanda təlimlərə başlayıb - VİDEO | Eurasia Diary - ednews.net

25 İyun, Cümə


Azərbaycan Ordusu Naxçıvanda təlimlərə başlayıb - VİDEO

Siyasət A- A A+

2021-ci tədris ilinin döyüş hazırlığı planına uyğun olaraq Naxçıvan Qarnizonunda müxtəlif qoşun növü birləşmə və hissələrinin cəlb edildiyi komanda-qərargah təlimi başlayıb.

Eurasia Dairy "Report"-a istinadən  xəbər verir ki, komanda-qərargah təlimində praktiki fəaliyyətlərə cəlb olunan birləşmə və hissələr təlim-döyüş tapşırıqlarına uyğun “həyəcan” siqnalı ilə qaldırılaraq təyinat rayonlarına çıxarılıb.

Qoşunların fəaliyyətinin düşmənin hava kəşfiyyat vasitələrindən gizlədilməsi məqsədilə onların ərazidə maskalanması aparılıb. Maskalanma zamanı idarəetmə məntəqələrinin, cəmləşmə rayonlarının və döyüş texnikalarının saxta mövqelərinin yaradılmasına, müxtəlif növ texniki vasitələrlə təchiz edilməsinə xüsusi diqqət yetirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...