Rusiya hərbçiləri Azərbaycanda tədrisi də başladı | Eurasia Diary - ednews.net

1 Avqust,


Rusiya hərbçiləri Azərbaycanda tədrisi də başladı

Siyasət A- A A+
“Rusiya hərbi qulluqçuları ümumilikdə 50 dəfədən çox erməni uşaqları ziyarət ediblər. Ümumilikdə bu tədbirlərdə 4600-dən çox məktəbli və tələbə iştirak edib...”
 
“Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları Dağlıq Qarabağın Əsgəran şəhərindəki orta məktəblərə açıq rus dili dərslərinə dəvət edilib”.
Eurasia Diary xəbər verir ki, bu məlumat göründüyü kimi, hələ də “Dağlıq Qarabağ” söz birləşməsini ərazi vahidi kimi təqdim edən Rusiya Müdafiə Nazirliyinin rəsmi saytı tərəfindən yayılıb.
 
“Dərslər zamanı erməni şagirdlər  qonaqlar üçün rus şair və yazıçılarının əsərlərini oxuyublar. Öz növbəsində sülhməramlılar da onlara rus dilinin və ədəbiyyatının yaranma tarixi barədə danışıblar.
 
Bundan əlavə, rus hərbçilər "sülhməramlı" və "sülh" sözlərinin mənasını izah ediblər. Uşaqlara sülhməramlıların Dağlıq Qarabağ zonasında yerinə yetirdiyi vəzifələr barədə də danışıblar.
 
“Məktəbimizdə şagirdlər II –XII siniflərdə rus dilini öyrənirlər və əksəriyyəti buraxılış imtahanında rus dilini seçirlər. Rus hərbi personalının gəlişi ilə uşaqlar bu dili öyrənməyə daha çox maraq göstərməyə başlayıblar ”-deyə rus dili və ədəbiyyatı müəllimi Liana Karapetyan bildirib.
 
Dərsin sonunda hərbi qulluqçular uşaqlara qarşıdakı tətillər ərəfəsində gündəlik fəaliyyətlərində təhlükəsizlik tələbləri, eləcə də ilk tibbi yardımın göstərilməsi üsulları barədə məlumat veriblər.
 
Dağlıq Qarabağ ərazisindəki sülhməramlı vəzifələrinin icrası zamanı Rusiya hərbi qulluqçuları tarixlə bağlı interaktiv dərslər, vətənpərvərlik aksiyaları və tematik yaradıcılıq görüşləri keçirmək üçün 50 dəfədən çox erməni  uşaqları ziyarət ediblər. Ümumilikdə bu tədbirlərdə 4600-dən çox məktəbli və tələbə iştirak edib” –Rusiya MN-in məlumatında belə deyilir.

Moderator.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...