Ermənistanda seçki prosesinə Rusiya nəzarət edəcək | Eurasia Diary - ednews.net

1 Avqust,


Ermənistanda seçki prosesinə Rusiya nəzarət edəcək

Siyasət A- A A+

“İndiki halda Laçın koridorunu bağlamaq pis olmazdı, amma qarşıdan Ərdoğanın Şuşaya səfəri gözlənilir. Ona görə müəyyən qədər ehtiyatlı olmaq lazımdır. Həm də elə bir vaxtdır ki, Rusiyanın bəzi planlarını tutmaq üçün Laçın dəhlizini qapamaq o qədər də xeyrimizə olmaz. Çünki Laçın dəhlizinin açıq qalması bizə bəzi qənaətlərimizi əminləşdirmək imkanı verir”.  

Eurasia Diary xəbər verir ki, bu sözləri Bizim.Media-ya açıqlayan Qabil Hüseynli erməni təxribatlarının qarşısını almaq üçün Bakının daha dəqiq addımlar atmasının zəruriliyini söylədi. O həm də “Artsax” sakinlərinin Ermənistan vətəndaşı kimi parlament seçkilərində iştirakından da bəhs etdi:

“Bəli, onları necə avtobusla Ermənistandan gətirdilər, elə də apara bilərlər. Seçki qutulalarının dəyişilməsi, karusel, səsvermə məntəqələrinin dəyişdirilməsi, xəstəlik adı altında seçki qutularının hərbi hissə və başqa bu kimi yerlərə daşınması və s. belə hallar çox olacaq.

Ermənistanda seçki prosesinə Rusiya nəzarət edəcək. Artıq Rusiyanın bu prosesə konkret müdaxiləsi hiss olunur.  

Bir sözlə, bir neçə gün bundan əvvələ qədər Ermənistanda real, şəffaf seçkilər barədə danışmaq mümkün idisə, bundan sonra orada ədalətli seçkilərdən danışmaq mümkün olmayacaq”, - deyə politoloq fikrini tamamladı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...