Biz Rusiya ilə hərbi-siyasi sənəd imzalamalıyıq ki, erməni əsgər rus əsgərlə sərhədi qorusun - Tsarukyan | Eurasia Diary - ednews.net

3 Avqust, Çərşənbə axşamı


Biz Rusiya ilə hərbi-siyasi sənəd imzalamalıyıq ki, erməni əsgər rus əsgərlə sərhədi qorusun - Tsarukyan

Siyasət A- A A+
Ermənistanın “Çiçəklənən Ermənistan” partiyasının siyahısına başçılıq edən Qaqik Tsarukyan yenə Rusiya ilə yeni hərbi-siyasi müqavilənin imzalanmasının zərurətini vurğulayıb.

Eurasia Diary xəbər verir ki, o, bu barədə seçki kampaniyası çərçivəsində Sünikdə sakinlərlə görüş zamanı bildirib.

Tsarukyan əmin edib ki, onun istədiyi bu vəziyyətdən çıxmaq, güclü, inkişaf edən dövlətə sahib olmaqdır.

“Bu, yalnız boş sözlərlə olmur. Təhlükəsizliyi təmin etmək üçün ən vacib olan budur: dost ölkəmiz olan Rusiya ilə hərbi-siyasi sənəd imzalamalıyıq ki, erməni əsgər rus əsgərlə sərhədi qorusun, bizim süniklilər rahat yatsınlar, gərginlik olmasın”, - deyə Tsarukyan qeyd edib.

 

Ordu.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...