Alman ordusu Azərbaycanla Qarabağda üz-üzə gəlsəydi, qazanmaq üçün çox şansı olmazdı | Eurasia Diary - ednews.net

3 Avqust, Çərşənbə axşamı


Alman ordusu Azərbaycanla Qarabağda üz-üzə gəlsəydi, qazanmaq üçün çox şansı olmazdı

Siyasət A- A A+

Alman ordusu Azərbaycanla Qarabağda üz-üzə gəlsəydi, qazanmaq üçün çox şansı olmazdı.

Eurasia Diary xəbər verir ki, bunu Almaniya Müdafiə və Strateji Araşdırmalar İnstitutunun mütəxəssisi, polkovnik-leytenant Maykl Karl türk PUA-ları barədə danışarkən deyib.

Azərbaycanın Ermənistana qarşı istifadə etdiyi PUA və kamikaze dronlarla bağlı danışan M.Karl bildirib ki, alman ordusu bu cür sistemlərlə qarşılaşsaydı, özünü kifayət qədər qoruya bilməzdi:

“Müasir döyüşdə həyatda qalmaq üçün yeni texnologiyalara və ən son döyüş texnikalarına sahib olmalısan. Almaniya bu baxımdan o qədər də pis deyil, ancaq gələcəyin müharibə texnologiyaları sürətli şəkildə inkişaf etməkdə davam edir. Alman ordusu bu sürətə ayaq uydurmalıdır”.

Axar.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...