Ağdamda gördüklərim məni çox təsirləndirdi | Eurasia Diary - ednews.net

24 İyul, Şənbə


Ağdamda gördüklərim məni çox təsirləndirdi

Siyasət A- A A+

“Ağdamda gördüklərimdən və Ağdam sakinlərinin danışdıqları xatirələrdən çox təsirləndim”.

Bunu Yaponiyanın Azərbaycandakı səfiri Cüniçi Vada Azərbaycanda və Türkiyədə akkreditə olunmuş xarici diplomatik korpusun nümayəndələrinin erməni işğalından azad edilmiş Ağdam rayonuna səfəri ilə bağlı təəssüratlarını bölüşərkən deyib.

Səfir belə səfər təşkil etdiyinə görə Azərbaycan rəhbərliyinə təşəkkür edib.

“İndi - müharibədən sonra Ağdam dinamik dəyişikliklər yaşayır və nəhəng yenidənqurma layihələri yeni-yeni başlayır. İnanıram ki, yaxın gələcəkdə Ağdam da Hirosima kimi sülh və birgəyaşayış mərkəzinə çevriləcək”, - diplomat bildirib.

Yaponiya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş regionlarının infrastrukturunun bərpasında iştirak etməyə hazır olub-olmaması ilə bağlı sualı cavablandıran səfir vurğulayıb ki, yenidənqurma prosesində “yaşıl enerji” kimi bir çox texnologiya növlərinə ehtiyac duyulacaq və bu baxımdan Yaponiya şirkətlərinin prosesə töhfə verə biləcəyinə ümid edir.

 

 

Report.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...