Erməni məmur rusları “işğalçı” adlandırdı - Onları Gümrüdən qovmalıyıq | Eurasia Diary - ednews.net

24 İyul, Şənbə


Erməni məmur rusları “işğalçı” adlandırdı - Onları Gümrüdən qovmalıyıq

Siyasət A- A A+

Ermənistan Dövlət Kadastr Komitəsinin rəhbəri Marat Baqdasaryan Rusiya əleyhinə kəskin fikirlər səsləndirib.

Eurasia Diary erməni mətbuatına istinadən xəbər verir ki, erməni məmur Rusiya maraqlarına xidmət edən siyasi qüvvənin parlamentə düşəcəyi təqdirdə xalqın günahkar olacağını düşünür: “102-ci Rusiya hərbi bazasından olan qaniçən Permyakov Gümrüdə bütün ailəni güllələyib öldürəndə və Rusiya hakimiyyəti bu qaniçən əsgərini qoruduqda, etirazçılara reaksiyamız çox zəif idi. Cəmiyyətimizdə düşünürdülər ki, bu hadisənin ailəmlə əlaqəsi yoxdur, susmaq daha yaxşıdır, xüsusən də ruslar Ermənistan-Türkiyə sərhədini qoruyurlar. Sonra eyni şey küçəni təmizləyən erməninin öldürülməsi epizodunda baş verdi. Bu vaxt erməni xalqı ayağa qalxmalı və rus işğalçılarını torpaqlarından qovmalı idi".

Baqdasaryan Qarabağdakı məğlubiyyətdən gileylənərək antimilli davranışlara görə bəzi ermənilərin günahkar olduğunu bildirib.

"Ayın 20-də keçiriləcək seçkilərdə bəzi "rusdilli qüvvələr" parlamentə düşərsə, o zaman kimisə ittiham etmək hüququmuz olmamalıdır. Rus qüvvələrinə "yox" demirik, biz qərbdən gələn dost əllərdən tuturuq, qərbyönümlülərə səs veririk",- komitə rəhbəri vurğulayıb.

Azvision.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...