“Şuşa Bəyannaməsində Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr əksini tapıb” - İlham Əliyev | Eurasia Diary - ednews.net

24 İyul, Şənbə


“Şuşa Bəyannaməsində Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr əksini tapıb” - İlham Əliyev

Siyasət A- A A+

“Biz bir daha göstəririk ki, bundan sonra da hər zaman bir yerdə olacağıq. Bundan sonra da bir-birimizin təhlükəsizliyini təmin edəcəyik. Necə ki, bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaq”.

Eurasia Diary-nin məlumatına görə, bunu Prezident İlham Əliyev bu gün Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə keçirilən mətbuat konfransında deyib.

Dövlət başçısı bildirib ki, önəmli məsələlər arasında nəqliyyat məsələsi də var: “Bəyannamədə Zəngəzur koridoru açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapıb. Bu da İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. Bu gün Türkiyəni və Azərbaycanı dəmiryolu ilə, avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəniki danışırıq, biz əməli-praktiki işlərlə bu dəhlizi yaradırıq.

Müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır”.

APA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...