Biz İlham Əliyevlə və Türkiyə ilə razılaşmaya getməliyik - Ter-Petrosyan erməni ziyalılarını "satqın" adlandırdı | Eurasia Diary - ednews.net

29 İyul, Cümə axşamı


Biz İlham Əliyevlə və Türkiyə ilə razılaşmaya getməliyik - Ter-Petrosyan erməni ziyalılarını "satqın" adlandırdı

Siyasət A- A A+

“Siz razılaşmaya bilərsiniz, amma zaman ötdükcə biz İlham Əliyevlə və Türkiyə ilə hansısa razılaşmaya gəlməliyik. Qonşular əbədi düşmən ola bilməzlər”.

Eurasia Diary bildirir ki, bu sözləri Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan İctimai televiziyaya müsahibəsində deyib.

Onun sözlərinə görə, qonşularla əbədi düşmənçilik Ermənistanın mövcudluğunu təhlükə altında qoyur. Petrosyan bildirib ki, situasiyanın həlli üçün sülh, saziş və xoş qonşuluq münasibətləri lazımdır. Eks prezident deyib ki, bundan sonra Qarabağ probleminin həlli artıq Ermənistandan asılı deyil: “Hansısa erməninin gəlib “Qarabağ məsələsini mən həll edərəm” sözlərini gözləməyin. Beləsi yoxdur. Bu illuziyadır”.

Petrosyan vurğulayıb ki, tənqiddən qorxmur və inandığı həqiqətləri deyir. Eks-prezident ziyalı və elmi dairələrə ünvanlı müraciət edərək onları xalqı azdıran “ən böyük satqınlar” adlandırıb.

Teref.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...