Azərbaycan öz torpaqlarını işğaldan azad edib və hər kəs Azərbaycanın ərazi bötövlüyünə hörmətlə yanaşmalıdır.
Eurasia Diary xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O bildirib ki, Türkiyə Cənubi Qafqazın sabitlik və sülh bölgəsi olmasını istəyir:
“Ümid edirəm ki, Ermənistan dərsini alar, bölgədə sülh hökm sürər”.