Şuşa Bəyannaməsi qaliblərin imzaladığı sənəddir - Sergey Markov | Eurasia Diary - ednews.net

25 İyul,


Şuşa Bəyannaməsi qaliblərin imzaladığı sənəddir - Sergey Markov

Siyasət A- A A+

“Şuşa Bəyannaməsi qələbə çalanların imzaladığı bəyannamədir. Bəli, Azərbaycan İkinci Qarbağ müharibəsində qələbə çaldı və Ermənilərin işğal etdiyi ərazilərin 70 faizini düşməndən azad etdi”.

Eurasia Diary xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında rusiyalı politoloq Sergey Markov deyib. O, sözügedən sənədin region üçün daha təhlükəsiz gələcək vəd etdiyini vurğulayıb:

“Türkiyə Azərbaycanın sıx əlaqələr qurduğu ölkədir, müharibə zamanı həm siyasi, həm də hərbi cəhətdən aktiv şəkildə Azərbaycana kömək edib. Yəni türk hərbçilərinin də Qarabağ müharibəsində böyük rolu olub. Hətta Türkiyə Ermənistana hücüm etməyə belə hazır idi. Çünki müharibə zamanı Türkiyədən Azərbaycana gedən neft-qaz kəmərlərinə raket zərbələri endirilməsi böyük gərginlik yaratmışdı. Bunların fonunda Şuşa Bəyannaməsi  daha sıx və təhlükəsiz gələcək vəd edir. Beləliklə, bölgədə möhkəm əməkdaşlıqlar qurmaq mümkün olacaq”.

Modern.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...