Pakistanda prospektlərdən birinə Nizami Gəncəvinin adı verilib

Siyasət 19:57 16.06.2021

Azərbaycan Səfirliyinin təşəbbüsü ilə Pakistanın Xeybər Paxtunxva əyalətinin paytaxtı Peşəvər şəhərinin Universitet şəhərciyindəki prospektə dahi Azərbaycan şairi Nizami Gəncəvinin adı verilib.

Eurasia Diary xəbər verir ki, bu barədə Azərbaycanın Pakistandakı Səfirliyindən məlumat verilib.

Bu münasibətlə keçirilən açılış mərasimində çıxış edən Peşəvər şəhər bələdiyyəsinin baş direktoru Mian Şafiq Ur Rəhman Azərbaycanla Pakistan arasındakı səmimi münasibətlərdən bəhs edib və Nizami Gəncəvi prospektinin açılışının qardaş ölkələr arasındakı əlaqələrin yüksək göstəricisinin bariz nümunəsi olduğunu ifadə edib.

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu il ölkəmizdə Azərbaycanın böyük şairi, filosofu və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin qeyd edildiyini bildirərək, dahi şair haqqında geniş məlumatları iştirakçıların diqqətinə təqdim edib. Səfir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncam imzalayaraq 2021-ci ili Azərbaycanda "Nizami Gəncəvi İli" elan etdiyini vurğulayıb. O, "Nizami Gəncəvi İli"nin elan edilməsinin, onun nadir poeziyasının araşdırılmasına, öyrənilməsinə və dünyada geniş təbliğinə növbəti böyük töhfə olduğunu qeyd edib.

Səfir Peşəvərin Universitet şəhərciyindəki prospektə Nizami Gəncəvinin adının verilməsinin onun dərin irsinə, eləcə də Pakistan xalqı tərəfindən böyük şair və filosofun təşviq edilməsinə göstərilən əlavə bir töhfə olduğunu ifadə edib. Əli Əlizadə davamlı əməkdaşlıq niyyətinə, dəstəyə və əlaqələrimizin genişləndirilməsində və gücləndirilməsində göstərilən qətiyyətə görə Pakistan hökumətinə və xalqına təşəkkürünü çatdırıb və tarixi Peşəvər şəhərində Nizami Gəncəvi prospektinin açılışının sarsılmaz dostluq və qardaşlıq əlaqələrimizin möhkəmləndirilməsinə hər iki ölkənin qətiyyətinin təzahürü olduğunu qonaqların diqqətinə çatdırıb.

Peşəvər əyalətinin Yerli İdarəetmə və Kəndlərin İnkişafı üzrə naziri Əkbər Əyyub Xan öz növbəsində çıxış edərək ilk öncə Vətən Müharibəsində qazanılan zəfər münasibətilə Azərbaycan hökumətini və xalqını təbrik edib. Nazir Pakistan və Azərbaycan arasındakı qardaşlıq əlaqələrindən söz açaraq hər iki ölkənin beynəlxalq arenada bir-birini daim dəstəkləməsindən məmnunluğunu bildirib, Azərbaycanın hər zaman Pakistanın yanında olmasını yüksək qiymətləndirib. Əkbər Əyyub Xan həmçinin, Peşəvər şəhərində yeni açılmış Nizami Gəncəvi prospektinin ölkələrimiz arasındakı münasibətlərin daha da genişlənərək möhkəmlənməsinə töhfə verəcəyinə əmin olduğunu ifadə edib və prospektin dahi Azərbaycan şairi Nizami Gəncəvinin adına verilməsi ilə bağlı rəsmi bildiriş sənədini səfir Əli Əlizadəyə təqdim edib.

Tədbirdə çıxış edən Peşəvər şəhərinin komissarının müavini Xalid Xan və Pakistanın Sülh və Diplomatik Araşdırmalar İnstitutunun direktoru Məhəmməd Asif Nur ölkələrimiz arasındakı səmimi münasibətlərə toxunaraq, iki ölkənin xalqları arasındakı möhkəm bağlardan danışıblar. Çıxışçılar Bakı Dövlət Universitetində fəaliyyət göstərən urdu dili departamenti, Azərbaycanda olan Pakistanın görkəmli şairi Məhəmməd İqbalın tədqiqatı mərkəzi və Pakistan ədəbiyyatı mərkəzi, eləcə də Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən Pakistanda mütəmadi olaraq həyata keçirilən sosial-humanitar layihələr haqqında fikirlərini bölüşüblər, həyata keçirilən layihələrə görə Fonda, eləcə də ölkəmizin Kəşmir məsələsində Pakistana göstərdiyi dəstəyə görə Azərbaycan hökumətinə və xalqına minnətdarlıqlarını çatdırıblar.

Tədbirdə həmçinin, Azərbaycanın böyük şairi Nizami Gəncəvinin xatirəsinə dualar oxunub və ağac əkilib.

Tədbir zamanı Nizami Gəncəvi haqqında məlumatları və onun əsərlərini özündə əks etdirən kitablar və suvenirlər də qonaqlara təqdim olunub.

Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO

Xəbər xətti

Azərbaycanda problemli kreditlərin məbləği AZALIB
14:48 29.03.2024
Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILIR - MƏBLƏĞLƏR
14:42 29.03.2024
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar  var
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar var
14:35 29.03.2024
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
14:33 29.03.2024
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
14:30 29.03.2024
Müharibə veteranları üçün yeni güzəşt MÜƏYYƏNLƏŞİR
14:25 29.03.2024
Milli Məclisin növbəti iclasının tarixi məlum olub
14:15 29.03.2024
Bu halda ipotekaya xitam VERİLƏCƏK
Bu halda ipotekaya xitam VERİLƏCƏK
14:05 29.03.2024
Azərbaycanda kişilərin 5 il erkən pensiya hüququ tanınacaq
14:00 29.03.2024
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olundu
13:55 29.03.2024
Nazim Bəydəmirlinin həbs müddəti uzadılıb
13:50 29.03.2024
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
13:45 29.03.2024
Umud Mirzəyev: “Aİ-nin Cənubi Qafqaza səfəri regionu öz təsir dairəsində saxlamaqdır”
13:36 29.03.2024
Narkotik istehlak etməsi müəyyənləşdirilən şəxslər vergi orqanlarında xidmətə qəbul olunmayacaq
13:25 29.03.2024
Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək
13:20 29.03.2024
Fransada inflyasiya kəskin artıb
Fransada inflyasiya kəskin artıb
13:15 29.03.2024
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi
13:05 29.03.2024
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
13:00 29.03.2024
Ötən il Azərbaycana xaricdən 1,7 mlrd. dollar pul baratı daxil olub
12:49 29.03.2024
Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO
12:45 29.03.2024
Oğurluqda ittiham olundu, özünü güllə ilə vurdu - Maraqlı faktlar
12:30 29.03.2024
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
12:20 29.03.2024
“Crocus”da xəsarət alanların sayı 382 nəfərə ÇATDI
12:18 29.03.2024
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
12:15 29.03.2024
İndi dünya daha yavaş dönür
12:10 29.03.2024
“Pulu olmayan bələdiyyə necə fəaliyyət göstərsin?!” – Fazil Mustafa
12:05 29.03.2024
Aİ-nın Cənubi Qafqazda səfəri sülh prosesinə necə təsir edəcək? – Amerikalı Ekspert Açıqlayır – ÖZƏL
12:00 29.03.2024
Netanyahu Mossad rəhbərinin sülh təklifini RƏDD EDİB
11:55 29.03.2024
Şuşa şəhərində yeni məscidin təməli qoyulub
11:52 29.03.2024
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
11:50 29.03.2024
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
11:45 29.03.2024
Sosial xarakterli fövqəladə mühit rejimində qaydalarına riayət edilməməsinə görə cərimələr müəyyənləşir
11:42 29.03.2024
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:40 29.03.2024
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
11:38 29.03.2024
ABŞ yeni ittifaq yaradır... - ANALİTİKA
11:33 29.03.2024
Azərbaycanda bu maşınlar kəskin UCUZLAŞDI - Satmaq istəyənlər isə 3 dəfə artdı
11:28 29.03.2024
ABŞ və Aİ Ermənistanı niyə silahlandırır? – SƏBƏB VƏ MƏQSƏD
11:22 29.03.2024
Bakı-Sumqayıt şosesində yaranan sıxlığın SƏBƏBİ bilindi
11:17 29.03.2024
Rusiyalı səfir: ABŞ-la münasibətlər düzəlməyəcək
Rusiyalı səfir: ABŞ-la münasibətlər düzəlməyəcək
11:15 29.03.2024
Milli Məclisin iclası başlayıb
11:05 29.03.2024
Hamısı