Şuşa bəyannaməsi ermənilərin gözündə - “Bakı bütün təşəbbüsləri ələ keçirir” | Eurasia Diary - ednews.net

24 İyul, Şənbə


Şuşa bəyannaməsi ermənilərin gözündə - “Bakı bütün təşəbbüsləri ələ keçirir”

Siyasət A- A A+

“Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə Türkiyə yeni imperiya qurur. Şuşa bəyannaməsi isə bu istiqamətdə növbəti addımdır”.

Eurasia Diary xəbər verir ki, bu sözləri Yaxın Şərq İnstitutunun direktoru Yevgeni Satanovski “Sputnik Armenia”ya müsahibəsində deyib.

Satanovskinin sözlərinə görə, Azərbaycanla Türkiyə arasında imzalanan sənəddə hər şey aşkar yazılıb:

“Azərbaycan və Türkiyə hazırda müttəfiqdirlər. Şuşada imzalanan sənəd də bunun ciddi rəmzidir. Ümumiyyətlə, Ərdoğanın postsovet məkanı barədə planları çox böyükdür. Ələlxüxus da, türkdilli dövlətlərlə, hətta Rusiyanın türklər yaşayan zonalarına aid. Ərdoğan bunu heç vaxt gizlətməyib və hazırda da reallaşdırır. Vəziyyətdən yararlanan Bakı isə bütün təşəbbüsləri ələ keçirir”.

Ermənistanın Ombudsmanı Arman Tatoyan da Türkiyə və Azərbaycan liderlərinin Şuşa səfərindən sonra özünə yer tapa bilməyən ermənilərdəndir.

Səfərin qanuni olduğunu dərk etməyə başlayan insan haqları üzrə müvəkkil diversant məsələsini gündəmə gətirməyə çalışıb.

Yəni, Tatoyanın fikrincə, Azərbaycan saxlanılan erməniləri qaytarmamaqla bunu İrəvana qarşı “kozır” kimi istifadə edirlər. Çünki “Bakı əsirlərin əvəzində mina xəritələrini tələb edir və saxlanılan ermənilərdən siyasi açar kimi faydalanır” deyən Tatoyan digər şikayətlərini də BMT və ATƏT kimi beynəlxalq təşkilatlara ünvanlayacağını bildirib. 

Bununla yanaşı, Şuşa bəyannaməsi, Türkiyə və Azərbaycan Prezidentlərinin Xankəndindən də görünən Cıdır Düzündə olması Ermənistanı bir-birinə vurub. Ermənistandakı növbədənkənar seçkilərə 5 gün qalmış Şuşa bəyannaməsinin imzalanması daşnakların başında beşbarmaq effekti yaradıb. Bir şey ki, ermənilər baş nazirliyə namizədlərinin seçkiöncəsi kampaniyasını yox, Ərdoğan-İlham Əliyev mətbuat konfransını izləyiblər. Təsadüfi deyil ki, nə Koçaryan, nə də Paşinyan Şuşa mətbuat konfransı və bəyannaməsi ilə eyni vaxtda seçicilərlə görüşməyib.

Çünki onlar meydanda tək qalıb pərt olmaqdan qorxublar. Axı bütün ermənilərin gözü efirdən yayımlanan Şuşa təntənəsindəydi.

Onlar hələ çox aşağıdan yuxarı baxacaqlar.

Bizim.Media

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...