BMT işğaldan azad olunmuş ərazilərin bərpasında Azərbaycana dəstəyini davam etdirəcək - FOTOLAR | Eurasia Diary - ednews.net

29 İyul, Cümə axşamı


BMT işğaldan azad olunmuş ərazilərin bərpasında Azərbaycana dəstəyini davam etdirəcək - FOTOLAR

Siyasət A- A A+

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi Qulam İshaqzainin həmsədrliyi ilə 2021-2025-ci illər üçün BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin icrası üzrə İstiqamətləndirici Komitənin ilk iclası keçirilib.

Nazirlikdən verilən məlumata görə, tədbirdə çıxış edən iqtisadiyyat naziri ölkənin BMT-nin ixtisaslaşmış qurumları ilə səmərəli əməkdaşlığını və qlobal proqramların icrasına töhfə verdiyini vurğulayıb. Bildirilib ki, Azərbaycan regionda BMT-nin “Dünyamızın transformasiyası: dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrası ilə bağlı görülmüş işlərin yekunu barədə BMT-yə artıq 3-cü Könüllü Milli Hesabatını təqdim edən ilk ölkədir. Bu ilin iyul ayında BMT-nin İqtisadi və Sosial Şurasının himayəsi ilə keçiriləcək Yüksək Səviyyəli Siyasi Forumda Azərbaycan Hökuməti adından hesabatın təqdimatı keçiriləcəkdir.

İclasda Çərçivə Sənədinin ölkəmizdə DİM-lərin maliyyələşdirilməsində mühüm alət olmaqla, aparılan islahatlara və milli prioritetlərin reallaşdırılması istiqamətində layihələrin həyata keçirilməsinə əlverişli zəmin yaradacağı qeyd olunub.

BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi Qulam İshaqzai təşkilatın pandemiyanın yaratdığı sosial-iqtisadi çətinliklərin aradan qaldırılmasında və işğaldan azad olunmuş ərazilərin bərpasında Azərbaycan Hökumətinə dəstəyinin davam edəcəyini bildirib, ölkənin DİM-lərin həyata keçirilməsinə bundan sonra da töhfə verəcəyinə əminliyini vurğulayıb.

Tədbirdə Çərçivə Sənədinin 2021-ci il üzrə icrasına dair birgə iş planları təsdiq edilib, əməkdaşlığın genişləndirilməsi istiqamətləri müzakirə olunub.

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...