Dayanmaq bilməyən ermənilərin növbəti təxribatı - Qarabağ üçün yardım tələb edirlər | Eurasia Diary - ednews.net

24 İyul, Şənbə


Dayanmaq bilməyən ermənilərin növbəti təxribatı - Qarabağ üçün yardım tələb edirlər

Siyasət A- A A+

“Düşmən dayanmaq bilmir. Bir QHT dövlətdən də güclü fəaliyyət nümayiş etdirir. Amerika Erməni Milli Komitəsi (ANCA) Dağlıq Qarabağa yardımı artırmaq və ABŞ-ın Azərbaycana yardımını əngəlləmək məqsədilə Qarabağ üçün 250 milyon dollar yardım tələb edir”.

Eurasia Diary xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa “Facebook” hesabında qeyd edib.

Onun sözlərinə görə komitə Əliyev hakimiyyətinə (burada Azərbaycan adını bilərəkdən vurğulamırlar ki, ölkəmizdən olan bəzi qüvvələri də bu prosesə qoşa bilsinlər) beynəlxalq maliyyə vəsaitlərinin və ya kreditlərin verilməsinin əngəllənməsini istəyir:

“Təklif, 2022-ci - Maliyyə ili üçün xarici yardım qanun layihəsini hazırlayan ABŞ Təmsilçilər Məclisininin iclasına təqdim olunub. Ona görə də arı kimi çalışmağımız lazımdır. Bu cür təşəbbüsləri əhəmiyyətsizləşdirmək üçün effektli fəaliyyət formalarını Türkiyə ilə birlikdə gerçəkləşdirməyi bacarmasaq, bu axının qarşısında xeyli çətinliklər yaşayacağıq”.

Bizim.Media

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...