Azərbaycan və Pakistan hərbi hava qüvvələri arasında əməkdaşlıq məsələləri müzakirə edilib - FOTOLAR | Eurasia Diary - ednews.net

24 İyul, Şənbə


Azərbaycan və Pakistan hərbi hava qüvvələri arasında əməkdaşlıq məsələləri müzakirə edilib - FOTOLAR

Siyasət A- A A+

İyunun 17-də Azərbaycan Respublikası Müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Azərbaycanda səfərdə olan Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələri Hərbi Hava Qüvvələrinin (HHQ) Aviasiya vitse marşalı Tariq Ziyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən Eurasia Diary-yə verilən məlumata görə, əvvəlcə Pakistanın nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edərək ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarları üzərinə əklil və gül dəstələri qoyub, xatirələrinin ehtiramla anıb.

Azərbaycan hərbi pilotlarının Pakistanın HHQ Akademiyasında təhsilindən məmnunluğunu ifadə edən general-leytenant R.Tahirov ölkələrimizin hərbi aviasiya sahəsində əməkdaşlığının və HHQ-i arasında əlaqələrin inkişaf etməsinin ordularımızın döyüş qabiliyyətinin daha da güclənməsinə töhfə verdiyini bildirib.
Görüşdə Azərbaycan-Pakistan əlaqələrinin yüksələn xətlə inkişaf etməsindən və strateji tərəfdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub.
Pakistan nümayəndə heyətinin rəhbəri Vətən müharibəsində qazanılan qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib, şəhid olan hərbi qulluqçulara və mülki şəxslərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.
Tərəflər Azərbaycan və Pakistan HHQ-i arasında hərbi, hərbi təhsil və hərbi-texniki sahələrdə əməkdaşlığının inkişaf perspektivlərini, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

1

1

1

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...