Xocalının kəndində ermənilər üçün 211 yeni evin tikintisi davam edir... - FOTO | Eurasia Diary - ednews.net

25 İyul,


Xocalının kəndində ermənilər üçün 211 yeni evin tikintisi davam edir... - FOTO

Siyasət A- A A+
Xocalı rayonunun Azərbaycan ordusu tərəfindən azad edilmiş Sığnaq, Moşhmaat, Mədətkənd və s. kəndlərindən könüllü köçmüş ermənilər üçün “Astxaşen” adlandırılmış Daşbulaq kəndi ərazisində inşa edilən yeni bir qəsəbədə inşaat işləri sürətlə davam edir. 
 
Eurasia Diary Moderator.az-a istinadən xəbər verir ki, erməni nəşrlərinin yaydığı məlumata görə, bu haqda separatçı-terrorçu rejimin qanunsuz “şəhərsalma nazirliyi”ndən bildirilib.
 
 
“Qəsəbədə ümumilikdə 211 fərdi ev tikiləcək. Ümumi tikinti sahəsi 523 min kvadratmetrdir.
 
Layihəyə əsasən, tikilməkdə olan yeni qəsəbədə bələdiyyənin yerləşəcəyi bir icma mərkəzi, tibb mərkəzi, 200 nəfərlik sosial tədbirlər salonu, uşaq meydançası və stadion olacaqdır.
 
Yeni məhəllənin 2022-ci ilin sonuna qədər tam istifadəyə verilməsi planlaşdırılır. 
 
Tikintinin maliyyələşdirilməsi “Hayastan” ümumerməni fondu tərəfindən aparılır.
 
Podratçı şirkət “Kapavor MMC”-dir”- separatçı qurumun yaydığı xəbərdə belə deyilir.
 
 
Xatırladaq ki, Moderator.az hələ fevralın 13-də Qarabağdakı separatçı-terrorçu xuntanın tör-töküntülərinin rəhbəri sayılan Araik Arutyunyanın Xocalı rayonunun “Daşbulaq kəndinə gedərək tikiləcək qəsəbənin layihəsi ilə tanış olması haqda xəbər verib.
 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...