Lavrov ATƏT-in Baş katibi ilə Qarabağı müzakirə edəcək | Eurasia Diary - ednews.net

27 İyul, Çərşənbə axşamı


Lavrov ATƏT-in Baş katibi ilə Qarabağı müzakirə edəcək

Siyasət A- A A+

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ATƏT-in Baş katibi Helqa Şmid arasında görüş keçirilib.

Eurasia Diary-nin Moskva müxbirinin xəbərinə görə, Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Qəbullar Evində keçirilən görüşdə çıxış edən S. Lavrov bildirib ki, ATƏT-in Avroatlantik məkanın ümumi problemləri barədə bərabərhüquqlu, qarşılıqlı hörmətə əsaslanan müzakirələr aparmaq və bu problemlərin kollektiv və müsbət həlli üçün böyük potensialı var.

“Biz sizin bütün iştirakçı ölkələrin maraqları nəzərə alınmaqla, inklüziv dialoq istiqamətlində səylərinizi görürük və qiymətləndiririk. Ümid edirəm ki, bugünkü görüşümüzdə ATƏT-in fəaliyyəti ilə bağlı hazırkı vəziyyət barədə ətraflı fikir mübadiləsi apara biləcəyik. Müzakirə edəcəyimiz ayrıca blok məsələlər isə ATƏT-in nizamlanmasına kömək göstərdiyi münaqişələrdir. Bunlar Ukraynadaxili, Qarabağ, Dnestryanı münaqişələri və Cənubi Qafqazla bağlı Cenevrə müzakirələridir”, - deyə Rusiya XİN başçısı vurğulayıb.

Qeyd edək ki, ATƏT-in Baş katibi Helqa Şmid Rusiya Müdafiə Nazirliyinin dəvəti ilə Moskvada keçiriləcək Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak etmək üçün Rusiyaya səfər edib. H. Şmidin iyunun 24-də Beynəlxalq Təhlükəsizlik Konfransında çıxışı planlaşdırılıb.

APA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...