Azərbaycana heç bir güzəşt olmayacaq - General Davtyan | Eurasia Diary - ednews.net

27 İyul, Çərşənbə axşamı


Azərbaycana heç bir güzəşt olmayacaq - General Davtyan

Siyasət A- A A+

“Rus sülhməramlıları Geqarkunik bölgəsinə yerləşdiriləcək”.

Eurasia Diary xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi Artak Davtyan iyunun 22-də jurnalistlərə müsahibəsində bildirib.

“Rus sülhməramlıları Geğarkunik bölgəsinə yerləşdiriləcək, proseslər davam edir, son qərar verildikdə sizə məlumat verəcəyik. Nəticə yalnız bizim istəyimizdən asılı deyil, danışıqlar davam edir, qarşı tərəf də bu danışıqlarda iştirak edir".

Davtyan vaxt və prosesin özü haqqında daha sonra məlumat veriləcəyini söyləyib. “Bizim ərazimizdə Azərbaycandan izn alacaq bir şeyimiz yoxdur. Ancaq Rusiya tərəfi ilə danışıqlar aparılır, çünki bəzi suallar var. Vəzifəmiz ərazimizdəki Azərbaycan bölmələrini toqquşmalar olmadan geri çəkməkdir”.

Baş Qərargah rəisindən Geqarkunik bölgəsindəki bəzi mümkün güzəştlər barədə soruşduqda, o, heç bir güzəşt olmayacağını və Azərbaycan Silahlı Qüvvələrinin geri çəkilməsi məsələsi danışıqlar yolu ilə həll olunmazsa, müvafiq hərəkətlərlə həll ediləcəyini bildirib.

Davtyan “Ermənistan ərazisindəki” Azərbaycan bölmələrinin təmsilçilərinin sayının dəyişmədiyini, hazırda heç bir insident olmadığını qeyd edib.

Yenisabah

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...