Qarabağda bu qədər erməni var... - Araikin etirafı | Eurasia Diary - ednews.net

29 İyul, Cümə axşamı


Qarabağda bu qədər erməni var... - Araikin etirafı

Siyasət A- A A+

Seçkilərdə Paşinyanın qərargahında olduğu üçün Xankəndidə etirazla qarşılaşan separatçıların başçısı Araik Arutyunyan bunun səbəblərini izah edərkən, “Ermənistana möhtac olduqlarını” deyib və ciddi bir faktı etiraf edib.

“Ermənistanla əlaqələr qurmadan 35 min “vətəndaşın” sosial probleminin həllini necə təsəvvür edirsiniz?” – separatçıların başçısı bununla Paşinyana dəstəyini izah etməyə çalışıb.

35 min “vətəndaş”: Araik hazırda sülhməramlıların nəzarət etdiyi ərazilərdə 35 min erməninin olduğunu etiraf edir.

Halbuki Rusiya Müdafiə Nazirliyi və separatçıların yaydığı məlumatlarda bu rəqəm iki dəfə və daha çox şişirdilir.

Rusiya Müdafiə Nazirliyi: sonuncu dəfə 52700 erməninin Qarabağa qaytarıldığını açıqlayıb;

Separatçılar: 105 min erməninin qayıtdığını iddia edirdi.

Bu rəqəmlərin şişirdildiyi bilirdik, amma Araikin dediklərini bunun sübutu hesab edə bilərik.

Qarabağa qayıdan ermənilərin bir qisminin verilən yardımı almaq üçün gəldiyi, daha sonra geri qayıtdığı haqda da məlumatlar var.

Qeyd edək ki, hətta Araikin də səhih rəqəmi demədiyini iddia edə bilərik. Hazırda Azərbaycanın Qarabağ bölgəsinin rus sülhməramlılarının məsuliyyət zonasında olan hissəsində 30 minə qədər erməninin məskunlaşdırıldığını erməni mediası da bir neçə dəfə təkrarlayıb.

Asif Nərimanlı

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...