Prezident İlham Əliyev BƏƏ-nin iqtisadiyyat nazirini qəbul edib | Eurasia Diary - ednews.net

29 İyul, Cümə axşamı


Prezident İlham Əliyev BƏƏ-nin iqtisadiyyat nazirini qəbul edib

Siyasət A- A A+

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadiyyat naziri Abdulla Bin Touq Al Marrini qəbul edib.

Eurasia Diary xəbər verir ki, BƏƏ-nin iqtisadiyyat naziri Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Xəlifə bin Zayed Al Nəhyan, Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Məhəmməd bin Rəşid Al Maktum və Əbu-Dabinin vəliəhdi Məhəmməd Bin Zayed Əl Nəhyanın salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirərək, onun da salamlarını Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə, Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubay Əmirinə və Əbu-Dabinin vəliəhdinə çatdırmağı xahiş edib.

Abdulla Bin Touq Al Marri ötən ilin iyulunda vəzifəsinin icrasına başladığı vaxtdan ilk rəsmi səfərinin Azərbaycana olmasından məmnunluq hissi keçirdiyini deyib.

Görüşdə Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu və uğurla inkişaf etdiyi qeyd olundu, beynəlxalq təsisatlar çərçivəsində və ikitərəfli səviyyədə ölkələrimizin bir-birini dəstəkləməsi məmnunluqla vurğulanıb.

Söhbət zamanı iqtisadi əlaqələrə toxunularaq, bu sahədə uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib, Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinə ixracın artdığı qeyd edildi. Eyni zamanda, qarşıdakı illərdə tərəfdaşlıq əlaqələrimizin ruhuna uyğun olaraq yeni investisiya imkanlarının müəyyən edilməsi, ticarət dövriyyəsinin artırılması və biznes əlaqələrinin genişləndirilməsi istiqamətində işlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb.

***

12:08

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadiyyat naziri Abdulla Bin Touq Al Marrini qəbul edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...