Azərbaycan və Ermənistan arasında etimadın möhkəmlənməsinə səy göstəririk - Lavrov | Eurasia Diary - ednews.net

28 İyul, Çərşənbə


Azərbaycan və Ermənistan arasında etimadın möhkəmlənməsinə səy göstəririk - Lavrov

Siyasət A- A A+

"Rusiya beynəlxalq təhlükəsizliyin möhkəmlənməsinə böyük töhfə verir. Ötən ilin sonunda Rusiya Dağlıq Qarabağda qan tökülməsinin qarşısının alınmasında və bütün Cənubi Qafqazda dinc həyatın bərpası üçün şəraitin yaradılmasında mübaliğəsiz olaraq həlledici rol oynadı”.

Eurasia Diary xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov IX Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Rusiya tərəflər arasında etimadın möhkəmləndirilməsinə və humanitar layihələrin həyata keçirilməsinə dəstək olmaq üçün ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə birgə səy göstərir.

Report.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...