“Ermənistan bitdi, türklər bütün Ermənistanı alacaqlar”.
Eurasia Diary xəbər verir ki, bu fikirləri rusiyalı hərbi ekspert, polkovnik İqor Strelkov səsləndirib.
Onun sözlərinə görə, türklər Ermənistanı kölə dövlətinə çevirəcəklər. “Ermənilər üçün Kilikiya krallığının süqutundan bəri subyektivliyin itirilməsi normal bir haldır” – deyə İqor Strelkov vurğulayıb.