Ermənistan-Azərbaycan sərhədinin problemli sektorlarında fransız müşahidəçilər dayanmalıdırlar - Erməni politoloq | Eurasia Diary - ednews.net

24 İyul, Şənbə


Ermənistan-Azərbaycan sərhədinin problemli sektorlarında fransız müşahidəçilər dayanmalıdırlar - Erməni politoloq

Siyasət A- A A+
Ermənistanda baş tutmuş parlament seçkilərindən bir gün sonra, səsvermə nəticələrinin ilkin məlumatlarının məlum olmasından sonra Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı Qeğarkunik vilayətinin Ermənistan-Azərbaycan sərhəd sektorunda rus sülhəramlıların yerləşdirilməsi, Ermənistan və Azərbaycan Silahlı Qüvvələrinin sərhəd xəttindən geri çəkilməsi haqqında bəyanat verir.

“Proseslər gedişatdadır, son qərar olanda məlumat alacaqsınız. Son qərar yoxdur, bu, təkcə bizim istəyimiz deyil, digər tərəfdən də bizim istəyimiz olmalıdır”, - deyə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan bildirib.

Erməni politoloq Andrias Qukasyan rus sərhədçilərin yerləşdirilməsi prosesinə toxunaraq qeyd edib ki, Nikol Paşinyan Rusiya hakimiyyəti ilə razılaşdırılanı həyata keçirir.

“Mən düşünürəm ki, Nikol Paşinyan Rusiya ilə razılaşdırılmış siyasət həyata keçirir”, - deyə Qukasyan qeyd edib.

Onun sözlərinə görə, Ermənistan-Azərbaycan sərhədinin problemli sektorlarında fransız müşahidəçilər dayanmalıdırlar.

Ordu.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...