Yeni müharibə təhdidi ilə xalq növbəti sənədin imzalanması, ərazi güzəştləri ilə barışır. Bu, xəyanət kimi yox, xilas kimi qəbul ediləcək. Bu, planlaşdırılmış məğlubiyyət texnologiyasıdır.
Eurasia Diary xəbər verir ki, bunu Ermənistanın eks-prezidenti Robert Koçaryan deyib. O, Arazdəyəndəki (Yerasx) hadisələrdən sonra Ermənistanda hər kəsin digər problemləri unutduğunu bildirib.
Koçaryan Arazdəyəndə baş verənləri müharibə və müharibədən sonrakı dönəmdə olanların məntiqi davamı kimi xarakterizə edib:
“Biz göstərdik ki, artıq dişimiz yoxdur və dövlətin müqavimət göstərmək arzusu mövcud deyil. Nəticədə Azərbaycan öz gündəmini irəlilədəcək”.