Paşinyanla Putin arasında telefon danışığı Minsk Qrupunun adını kim çəkib?

Siyasət 13:41 23.07.2021

Xəbər verildiyi kimi, ötən gün Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan arasında telefon danışığı olub. Bu telefon danışığı Azərbaycan prezidenti İlham Əliyevin Moskvaya qısa işgüzar səfərindən sonra gözlənilən idi, çünki 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli razılaşmalarının yerinə yetirilməsi məsələləri ilə bağlı Rusiya tərəfinin iştirakı ilə müzakirələr aparılır.

Lakin belə görünür ki, Ermənistan baş nazirinin mətbuat xidməti yenə də Paşinyanın Putinlə telefon danışığı barədə yaydığı məlumatda erməni tərəfinə sərf edən cümlələr işlədib. Hansı ki, Kremlin yaydığı məlumatda belə cümlələr yer almır.

Telefon danışığı barədə əvvəlcə erməni tərəfi məlumat yayıb, amma telefon danışığının kimin təşəbbüsü ilə baş tutduğu dəqiqləşdirilməyib. Məlumatda bildirilir ki, tərəflər “qarşılıqlı maraq doğuran və regional məsələlərin geniş çevrəsini” detallı şəkildə müzakirə ediblər.

“10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli bəyanatları çərçivəsində əldə edilmiş razılaşmaların həyata keçirilməsi məsələləri, o cümlədən əsirlərin qaytarılması və regionda yolların fəaliyyətinin bərpası müzakirə olunub”,-məlumatda deyilir.

Daha sonra bildirilir ki, “regionda yaranmış situasiya” kontekstində Nikol Paşinyan Rusiyanın sülhün və stabilliyin təmin edilməsində mühüm rolunu qeyd edib. “Tərəflər ATƏT-in Minsk Qrupunun fəaliyyətinin əhəmiyyətini qeyd ediblər”,-daha sonra məlumatda deyilir.

İndi isə Kremlin rəsmi məlumatına nəzər salaq. Orada dəqiqləşdirilir ki, telefon danışığı erməni tərəfinin təşəbbüsü ilə baş tutub. Telefon danışığı zamanı Rusiya ilə Ermənistan arasında ticarət, iqtisadi, energetika, humanitar və digər sahələrdə əməkdaşlığın aktual məsələləri müzakirə olunub. “Dağlıq Qarabağ ətrafında situasiya müzakirə edilib. Habelə regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpası mövzusuna toxunulub. Müxtəlif səviyyələrdə sonrakı təmaslar barədə fikir mübadiləsi aparılıb”,-Kreml bildirir.

Yəni Rusiya tərəfinin yaydığı məlumatda “Minsk Qrupunun fəaliyyətinin əhəmiyyəti” barədə heç nə deyilmir, hansı ki, protokol qaydaları tərəflərin qarşılıqlı önəm verdiyi məsələlərin telefon danışıqlarına dair rəsmi məlumatda əks olunmasını tələb edirdi.

İndiki halda belə qənaət yaranır: ya telefon danışığı zamanı Minsk Qrupunun fəaliyyətinin bərpası barədə ümumiyyətlə söhbət getməyib və Paşinyanın mətbuat xidməti bu məqamı uydurub. Ya da telefon söhbəti zamanı Paşinyan Minsk Qrupunun fəaliyyətinin bərpasının zəruriliyi məsələsini qaldırıb, amma Putin buna reaksiya və ya önəm verməyib.

Bundan əvvəl erməni mediası Paşinyanın bir sıra xarici ölkə liderləri, o cümlədən Putinlə telefon danışıqlarına dair qarşı tərəfin yaydığı məlumatdan kəskin fərqlənən məlumatlar yaydığını xatırlatmışdı. Və qeyd olunmuşdu ki, Paşinyan xarici liderlərlə telefon danışıqları zamanı məlumatlar yayanda orada özünə sərf edən ifadələrə yer verir.

Minsk Qrupunun fəaliyyətinə gəldikdə isə, bəlli olduğu kimi Azərbaycan münaqişənin başa çatdığını, status məsələsinin bitdiyini nəzərə alaraq artıq həmsədrlərin əvvəlki formatda fəaliyyətinə ehtiyac duymur. Minsk Qrupunun ancaq münaqişəsonrası proseslərdə rol oynaya biləcəyini mümkün sayır. Ermənistan və iki həmsədr (ABŞ və Fransa) isə vaxtaşırı olaraq “Minsk Qrupu çərçivəsində danışıqların bərpa edilməsinin zərurəti” barədə bəyanatlar səsləndirirlər.

Rəşad Məcid: "Media rəhbərləri qeyri-peşəkarların ümidinə qalıb" - VİDEO

Xəbər xətti

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
12:14 25.04.2024
Naxçıvana Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? – DOSYE
12:09 25.04.2024
Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - YENİ TƏYİNAT
12:00 25.04.2024
Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq
11:52 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin Baş planı ilə tanış oldular
11:35 25.04.2024
Şuşada beynəlxalq müsabiqə keçiriləcək - TARİX AÇIQLANDI
11:25 25.04.2024
Qırğızıstan Prezidenti Füzuliyə GETDİ
11:18 25.04.2024
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
11:15 25.04.2024
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
11:05 25.04.2024
Rəşad Məcid: "Media rəhbərləri qeyri-peşəkarların ümidinə qalıb" - VİDEO
11:00 25.04.2024
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək – BU TARİXDƏ
10:55 25.04.2024
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
10:50 25.04.2024
Vətəndaşlar öz avtomobilləri ilə Laçın şəhərinə səfər edə biləcəklər
10:39 25.04.2024
ABŞ və Avropa ölkələrindən Çinə TƏSİR - ANALİTİKA
10:30 25.04.2024
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
10:24 25.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
10:20 25.04.2024
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
10:15 25.04.2024
Azərbaycanda balıq ovu qadağan edilir
10:07 25.04.2024
BMT Təhlükəsizlik Şurasında kritik anlar: Rusiya veto qoydu
10:00 25.04.2024
Azərbaycanda bu məhsul kəskin UCUZLAŞDI - VİDEO
09:55 25.04.2024
Mübariz Qurbanlının ailəsinə AĞIR İTKİ
09:48 25.04.2024
ABŞ-da Tik-Tok qadağan edilib
ABŞ-da Tik-Tok qadağan edilib
09:45 25.04.2024
Xankəndidə ötən gün xeyli sayda silah-sursat aşkarlanıb
09:40 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri... - ŞƏRH
09:32 25.04.2024
Bu gün Amerika qoşunlarının Nigerdən çıxarılması müzakirə olunacaq
09:24 25.04.2024
Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib
09:15 25.04.2024
Rusiyada Harri Kasparovun həbsinə qərar verildi
09:09 25.04.2024
Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür
09:00 25.04.2024
Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu
07:09 25.04.2024
Krım körpüsü bağlanıb
05:12 25.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Hamısı