Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədrinə başsağlığı verib | Eurasia Diary - ednews.net

24 Sentyabr, Cümə

Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədrinə başsağlığı verib

Siyasət A- A A+

Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə bu ölkədə baş verən daşqın nəticəsində insan tələfatı ilə bağlı başsağlığı verib.

Eurasia Diary-nin xəbərinə görə, başsağlığında deyilir:

"Hörmətli cənab Sədr,

Henan əyalətində baş vermiş güclü daşqın nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Çin xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...