Onlar Cənubi Qafqaza ordu yeritmək istəyir - Lavrov | Eurasia Diary - ednews.net

24 Sentyabr, Cümə

Onlar Cənubi Qafqaza ordu yeritmək istəyir - Lavrov

Siyasət A- A A+

Qərb ölkələri Rusiya ətrafında onun yaxın qonşuları hesabına qeyri-stabillik qurşağı yaratmağa cəhd edir.

Eurasia Diary xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Ətrafımızda qeyri-stabillik qurşağı formalaşdırmağa cəhd edərək, yaxın qonşularımızı, bizə qardaş olan xalqları seçimə məcbur edirlər. Ətrafımızdakı əraziləri hərbi və iqtisadi formada mənimsəmək, bizi sanitar kordonla mühasirə etmək istəyirlər. Hansısa fayda götürməkdən ötrü Qərb bizimlə qonşu ölkələrin inkişafına həlledici təsir göstərəcək”, – deyə o bildirib.

Lavrov Qərbin, xüsusilə, Ukrayna, Moldova və Belarusda situasiyanı qarışdırdığını söyləyib:

“İndi Qərbdə həmkarlarımız öz mövcudluqlarını, o cümlədən hərbi mövcudluqlarını sərhədlərimiz boyunca, Mərkəzi Asiya və Cənubi Qafqazda genişləndirmək istəyir”.

Lavrov Qərbin Dumaya keçiriləcək seçki ərəfəsində Rusiyada situasiyanı qarışdırmaq niyyətində olduğunu da söyləyib.

Axar.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...