Yemiş-qarpızını dərib sata bilməyən erməninin təzminat davası...

Siyasət 17:12 23.07.2021

...Gərək ki, həya haqqında deyilən bu kəlam imam kəlamı olmalıdır. Buyurulur ki, dünyada həyanın iki növü var: ağıl həyasıdır ki, insanı yanlış danışmaqdan, pis əməl törətməkdən saxlayar və bir də cahilcəsinə həyadır ki, insanı təkamüldən saxlayır.

...“Biz bu gün bütün fürsətlərdən istifadə etməliyik, ümidsiz və ardıcıl addımlar atmadan “pozulmuş hüquqlarımızın” bərpasına nail olmalıyıq. Cəzasız qaldıqda, ciddi pozuntuların təkrarlanması təhlükəsi daha real olur”.

Deyim ki, bu sözləri ermənilərin ombudsmanı Arman Tatoyan ötən gün Syunik bölgəsində başına toplaşan bir dəstə erməni arvadları ilə danışarkən deyib. Hazırda həmin bölgədə “kişi qıtlığı” yaranıb deyə, Tatoyan erməni arvadlarına “heç nədən qorxmamağı” tövsiyə edib.

Erməni arvadlarının yanında özünü əsl səlahiyyətli kimi göstərməyə çalışan “insan hüquqları müdafiəçisi” Azərbaycan hakimiyyətinin Ermənistanın sərhəd icmaları sakinlərinin hüquqlarını pozduğuna görə, “cavabdeh olmalıdır” deyərək, rəsmi Bakını erməni fermerlərinə dəymiş ziyanı ödəməyə çağırıb (Deyəsən, doğrudan da, dünyanın axırı yaxınlaşır).

Sən demə, sərhəddə Azərbaycan Ordusunun əsgərlərini görən Syunikin David-Bek kəndinin erməni sakini, Vardenisin kəndindən olan digər bir sakinlə qaçıb Tatoyana şikayətçi düşüblər. Şikayətləri də budur ki, bağ-bostan əkmişdik, indi də Azərbaycan əsgərlərinin uzaqdan bizim tərəfə boylanmaları bizi qorxudur deyə, bostandakı yemiş-qarpızı yığa bilmirik. Yemiş-qarpız da tağda qalıb zay olub gedir. Ona görə də, yetişdirib yığa bilmədiyimiz yemiş-qarpıza görə təzminat istəyirik.

Kimdən? Təbii ki, Tatoyan bu təzminatın ödənilməsini Azərbaycandan istəyir. Niyə? “...çünki Azərbaycan hakimiyyəti təhlükəsizlik üçün ciddi bir təhdidlə yanaşı, ermənilərin gündəlik və “dinc həyatını pozub”, onların ailələrini dolandırmaq üçün gəlir əldə etmək imkanlarından məhrum edib və buna görə də təzminat ödəməlidir”.

Səbəb? Yemiş-qarpız yetişdirib, indi dərib satmağa qorxan iki erməni ailəsi ac yatdığına görə... başqa səbəb: Azərbaycan Silahlı Qüvvələrinin erməni sərhədlərindəki “qanunsuz mövcudluğu”... Bu da sizə ikinci səbəb. Hələ istəsəniz, sizə əlavə erməni səbəbləri də gətirə bilərik.

...Mən burada bir haşiyə çıxıb, ermənilərə yalan vədlər vermək üzrə “böyük mütəxəssis” kimi tanınan və bununla da ermənilər arasında “nüfuz qazanmaq istəyən” Arman Tatoyana Azərbaycan mediasında yer alan yazıdan bir parçanı xatırladacam:

“...Ağdamın işğaldan azad edilmiş ərazilərinə doğru uzanan yolboyu bir neçə şey diqqəti cəlb edir: dağıntılar və mina xəbərdarlığı edən lövhəciklər, daha sonra neytral zona arxada qalır və ucsuz-bucaqsız çöllük başlayır. ...Bu çöllükdə sıralanan dirəklər buraların nə vaxtsa üzüm bağları olduğundan xəbər verir”.

Gərək ki, Arman Tatoyan bilməmiş olmaz: həmən üzüm bağlarını bir vaxtlar talayıb aparan və indi 5-6 yemiş-qarpıza görə təzminat “tələb edən” ermənilər olublar. Əslində, belə vəhşiliklər təkcə Ağdamda törədilməyib. Azərbaycanın işğaldan azad edilən əksər ərazilərdə erməni vəhşiliyinin izləri hələ də qalmaqdadır. Amma Azərbaycan bütün bu ərazilərdəki dağıntıları bərpa edəcək, Ağdamda yeni üzümlüklər salacaq, amma heç bir dövlətdən təzminat almadan. Təbii ki, Ermənistanın bu siyahıda adı belə çəkilə bilməz. Çünki təzminat, ianə ilə dolanan birinin əlindəkilərini almağa cəhd, bizlərdə günah sayılır.

...Gərək ki, yazının əvvəlində mən həya ilə bağlı imam kəlamından nümunə gətirmişdim. İndi siz erməni Arman Tatoyanın dünyada mövcud olan həyanın iki növündən hansında qərar tutduğunu ayırd etməkdə elə də çətinlik çəkməzsiniz.

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Hamısı