AKP nümayəndə heyətinin Azərbaycana səfər proqramı açıqlanıb | Eurasia Diary - ednews.net

24 Sentyabr, Cümə

AKP nümayəndə heyətinin Azərbaycana səfər proqramı açıqlanıb

Siyasət A- A A+

İyulun 25-də Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sədrinin I müavini Numan Kurtulmuşun rəhbərliyi ilə nümayəndə heyəti Azərbaycana səfər edəcək.

Eurasia Diary-nin “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, səfər çərçivəsində AKP nümayəndə heyəti YAP-ın sədr müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Baş nazirin müavini Əli Əhmədovla görüşəcək.

AKP nümayəndə heyəti 4 gün davam edəcək səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə də bir araya gələcək. Görüşlərdə AKP və YAP-ın Türkiyə və Azərbaycanda birlikdə həyata keçirəcəkləri layihələr müzakirə olunacaq.
İyulun 28-də Gəncədə YAP və AKP arasında ikitərəfli Əməkdaşlıq Protokoluna müvafiq olaraq, “Şuşa Bəyannaməsi: milli-mənəvi dəyərlərimizə sadiqlik və gələcək əməkdaşlıq üçün yeni çağırışlar” mövzusunda konfrans keçiriləcək. Səfər N. Kurtulmuş və T. Budaqovun iştirakı ilə səfərin yekunlarına dair birgə mətbuat konfransı ilə başa çatacaq.

Qeyd edək ki, N. Kurtulmuşun rəhbərlik edəcəyi nümayəndə heyətində AKP-nin xarici əlaqələr üzrə məsul nümayəndəsi Efkan Ala, baş katibi Fatih Şahin, partiyanın qadın təşkilatının sədri Ayşe Keşir, gənclər təşkilatının sədri Eyüp Kadir İnan, AKP sədrinin müavininin köməkçisi Ahmet Büyükgümüş, xarici əlaqələr şöbəsinin müdirinin köməkçisi Mehmet Ceylan, baş katibin köməkçisi Türk İslam Karakoç və bəzi partiya mənsubları yer alacaq.

APA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...