İran bu gün də Xankəndinə silah yollayır - Laçın koridorunda yaranan tıxac | Eurasia Diary - ednews.net

24 Sentyabr, Cümə

İran bu gün də Xankəndinə silah yollayır - Laçın koridorunda yaranan tıxac

Siyasət A- A A+

“Müharibə başlayandan, ondan əvvəlki dövrlərdə də onlar Azərbaycanın əleyhinə və ermənilərin xeyrinə birgə hərəkət edirdilər. Molla rejimi bu gün də özünün bütün imkanlarından istifadə edərək o ərazilərə, xüsusən Xankəndinə lazım olan yanacaq, tikinti materialları və digər ehtiyac olan hərbi avadanlıqlar belə göndərirlər”.

Bu sözləri Bizim.Media ilə dialoq zamanı politoloq Qabil Hüseynli açıqlayıb

Siyasi ekspertin sözlərinə görə, bu barədə sülhməramlılar da bəlli bir təlimat alıblar:

“Sülhməramlılar da aldıqları təlimatı yerinə yetirirlər. Məncə, Laçın koridoruna nəzarəti Azərbaycan öz əlinə götürməsə, başqa cür olmayacaq”.

Qeyd edək ki, son günlər bəzi yerli sosial media və əcnəbi mətbuat orqanlarında xəbərlər yayılıb ki, İran və Fransaya məxsus avtomobillər Laçın dəhlizi ilə hərəkət edirlər. 5 illik sülhməramlıların məsuliyyət zonasına verilən dəhlizdə isə hərəkət yalnız ruslara və Qarabağa köçürülən ermənilərə aid olunur. Azərbaycan Xarici İşlər Nazirliyinin də bəyan etdiyi kimi, hətta Ermənistan hökumətinin üzvləri də Xankəndinə getmək istəsə, Bakıdan icazə alınmalıdır.

Yəni, bu şərt vətəndaşları Qarabağa köçürülən Ermənistana da aiddirsə, Rusiya istisnası ilə digər dövlətlərin həmin əraziyə daxil olması yolverilməzdir. 

Amma deyəsən sülhməramlı missiya bəzi müddəaları unudub. Belə olan halda isə “Rüstəm Muradov komandası”nın məsuliyyət zonası darala bilər. Politoloqlar bu fikirdədir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...