Kəlbəcər istiqamətində döyüşlər - Zod qızıl yatağı boşaldıldı | Eurasia Diary - ednews.net

20 Sentyabr, Bazar ertəsi

Kəlbəcər istiqamətində döyüşlər - Zod qızıl yatağı boşaldıldı

Siyasət A- A A+

Ermənistan Müdafiə Nazirliyi Azərbaycanla dövlət sərhədinin Kəlbəcər istiqamətində iyulun 26-da gecədən başlayaraq yeni döyüşlərin getdiyi haqda məlumatları əvvəlcə təkzib edib. Daha sonra təsdiqləyib.

Eurasia Diary erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi az əvvəl yaydığı məlumatda dövlət sərhədinin Geqarkunik istiqamətində, saat 03.30 radələrində “erməni mövqelərinin atəşə tutulduğunu, cavab atəşi açıldığını” bildirib.

Azərbaycan Müdafiə Nazirliyinin bu gün səhərə yaxın yaydığı məlumatda deyilirdi ki, Ermənistan ordusunun bölmələri ordumuzun Kəlbəcər istiqamətindəki mövqelərini müxtəlif tipli atıcı silahlardan və qumbaraatanlardan intensiv atəşə tutur, cavab tədbirləri görülür.

Erməni tərəfinin az əvvəl yaydığı digər məlumatda isə deyilir ki, Kəlbəcər istiqamətində intensiv atışmalara görə Zod qızıl yatağının işçiləri təxliyyə edilib. Yataqda hasilat işləri aparan “GeoProMining Gold” şirkətindən bildiriblər ki, “nizamsız atəş səsləri eşidilir”. Bu səbəbdən şirkət rəhbərliyi əməkdaşlarını təcili təxliyyə etməyə qərar verib, 150 nəfərə yaxın işçi təxliyyə olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...