Ermənistan bütün regionun hərtərəfli inkişafı üçün yeni şərtlərin yaranmasına mane olur - Polad Bülbüloğlu | Eurasia Diary - ednews.net

17 Sentyabr, Cümə

Ermənistan bütün regionun hərtərəfli inkişafı üçün yeni şərtlərin yaranmasına mane olur - Polad Bülbüloğlu

Siyasət A- A A+

"Bakı Yerevanı sülh razılaşması imzalamağa və sərhədin delimitasiyası ilə bağlı məsələyə konstruktiv yanaşmağa çağırır."

Eurasia Diary-nın xəbərinə görə, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu “RİA Novosti”-yə müsahibəsində deyib.

"Biz öz tərəfimizdən dəfələrlə bəyan etmişik ki, müharibə artıq bitib, münaqişə keçmişdə qalıb, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı, sülh razılaşması imzalamalı və sərhədlərin delimitasiyası məsələsinə konstruktiv yanaşmalıdır", - deyə səfir Bülbüloğlu bildirib.

Onun sözlərinə görə, Yerevan Bakı ilə münasibətlərin tənzimlənməsini təxirə salır: "Ermənistan tərəfi yenidən dövlətlərarası münasibətlərin tənzimlənməsi prosesini təxirə salmağa çalışır və bununla da bütün regionun hərtərəfli inkişafı üçün yeni şərtlərin yaranmasına mane olur".

Qarabağdakı Rusiya sülhməramlı kontingentinin qalma müddətinin uzadılması ilə bağlı suala cavab verən azərbaycanlı səfir: "Bu gün bu barədə danışmaq hələ tezdir", - deyə vurğulayıb.

“Azərbaycan Respublikası ərazisində müvəqqəti olaraq yerləşən Rusiya Federasiyasının sülhməramlı kontingenti ona həvalə edilmiş hərbi və humanitar vəzifələri yerinə yetirməyə davam edir. Dövlət başçıları tərəfindən təyin edilmiş vəzifələri yerinə yetirmək üçün hər cür səy göstərməliyik", - P.Bülbüloğlu əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...