ABŞ-dan Kəlbəcərdəki insidentə reaksiya | Eurasia Diary - ednews.net

20 Sentyabr, Bazar ertəsi

ABŞ-dan Kəlbəcərdəki insidentə reaksiya

Siyasət A- A A+

ABŞ Azərbaycan və Ermənistanı sərhəddəki situasiyanın deeskalasiyası üçün təcili addımlar atmağa çağırır.

EDNews.net Axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays deyib.

“ABŞ Ermənistan-Azərbaycan sərhədi boyunca bir müddət öncə baş tutan zorakılıq eskalasiyasını qınayır. Biz Ermənistan və Azərbaycanı atəşkəslə bağlı öhdəliklərini icra etməyə çağırırıq”, – deyə o bildirib.

Onun sözlərinə görə, sərhəddə saxlanılan gərginlik göstərir ki, yalnız yerdə qalan məsələlərin hamısına aid olacaq hərtərəfli həll iki ölkə arasında münasibətləri normallaşdıra və region sakinlərinin bir yerdə yaşamasına imkan verə bilər. ABŞ Dövlət Departamenti həmçinin Bakı və İrəvanı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin himayəsi altında danışıqlara tezliklə qayıtmağa çağırış edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...