Rusiya MN Laçını “Dağlıq Qarabağın rayonu” adlandırdı və ordakı ermənilərə yardım etdi!.. | Eurasia Diary - ednews.net

20 Sentyabr, Bazar ertəsi

Rusiya MN Laçını “Dağlıq Qarabağın rayonu” adlandırdı və ordakı ermənilərə yardım etdi!..

Siyasət A- A A+
Azərbaycan Respublikasının Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bir hissəsində müvəqqəti olaraq rəsmən sülhməramlı adıyla fəaliyyət göstərən Rusiya hərbi kontingenti tərəfindən ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qarşı növbəti hörmətsizlik nümayiş etdirilib.
 
EDNews.net Moderator.az-a istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazilirliyinin “sülhməramlı” kontingentə aid bölməsində bu günə aid olan xəbərin əsas hissəsinin tərcüməsini nəzərinizə çatdırır(özünüz nəticə çıxarın).
 
“Humanitar aksiya çərçivəsində rus sülhməramlıları Stepanakert şəhərindən Laçın şəhərinə və Aqavno(Zabux kəndi- S.L.) kəndinə 100 km yürüş etdilər. Ağavno və Laçın rayonunun Laçın qəsəbəsi, çoxuşaqlı ailələrə mətbəx və yemək dəstləri bağışladı.
 
“11 ildir ki, ailəmlə burada yaşayıram. Üç övladım var, hamısı burada doğulub. Ağavno kəndimizi çox sevirik və buradan heç yerə getmək istəmirik. Bu gün rus qardaşlarımız yəqin ki, hədiyyələrlə gəliblər. Həmişə arxamızda durduğunuz üçün təşəkkür edirik, hər hansı bir sualınız olarsa sizinlə əlaqə saxlaya bilərik. Çox sağ olun ” -deyə Aqavno kənd sakini Ani Akopyan bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...