Paşinyan Koçaryandan qorxduğu üçün sülh sazişi bağlaya bilmir

Siyasət 22:11 30.07.2021
EDNews.net Moderator.az-a istinadən xəbər verir ki,
 
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Cənubi Qafqaz bölgəsinə səyahəti, Azərbaycan dövlət başçısının Moskva səfəri, ardınca AzTv-yə geniş müsahibəsi və dərhal Paşinyanın Putinlə telefon danışığından sonra Ermənistanın Kəlbəcər istiqamətində törətdiyi təxribatları daha da genişləndirməsinin səbəbləri elə ermənilərin üzü kimi o qədər müxtəlifdir ki, onları bir-birindən ayırıb əsl səbəbi müəyyən etmək heç də asan deyil. 
 
Əlbəttə, ilk baxışda guya əl altından Azərbaycanla sülh sazişi bağlamağa razı olan, bununla da Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu təsdiqləməsini bilən Paşinyan, görünür indi başda quldur Koçaryan, onun dostu “Biz hakimiyyət dəyişikliyinə nail olmaq niyyətindəyik", - deyən Seyran Ohanyan olmaqla digər milliyyətçi ermənilərin silahlı çevriliş hədə-qorxusundan “öz havasını” oynaya bilmədiyindən, gah Rusiya “çastuşkası”na, gah da Rusiyadan qoparılması üçün ABŞ və Fransa tərəfindən başına atılan “şabaşa” görə daha çox “popuri” oynamaq zorundadır. 
 
Paşinyan yaxşı anlayır ki, artıq Azərbaycan üçün Dağlıq Qarabağ adlı subyekt yoxdur və onun statusu da cəhənnəmdə yanır. Bunu bir müddət öncə bölgəyə səfərə gəlmiş Şarl Mişelin Bakıda və Putinin isə Moskvada İlham Əliyevlə görüşü zamanı  Dağlıq Qarabağ ifadəsini işlətməmələri də təsdiq etdi. Ancaq onun erməni milliyyətçilərindən çəkinərək indiki halda Ermənistan-Azərbaycan sərhədi boyunca əvvəlcə ABŞ və Fransanı nəzərdə tutub “Qərbdəki dostlarını”, sonradan isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının monitorinq qrupunun yerləşdirilməsini və ya əgər bu təşkilat çərçivəsində belə bir qrup yaradılması mümkün deyilsə, monitorinq qrupu ATƏT-in Minsk Qrupu formatında yaradılmasını təklif etməsi özünü sığortalamaq üçün siyasi ziqzaqvari gedişdən başqa bir şey deyil. Ən sadəsi isə Paşinyan Koçaryandan qorxduğu üçün sülh sazişi bağlaya bilmir. 
 
Çünki, Paşinyan yaxşı bilir ki, Rusiya bölgədə əsas söz sahibi olduğundan, istər ABŞ və Fransanı ayrı-ayrılıqda, istərsə də ATƏT-in Minsk Qrupu ilə, yəni elə yenə də ABŞ, Fransa və Rusiya üçlüyündə hərbi qüvvələrin Cənubi Qafqazda yerləşdirilməsini istəmir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına gəlincə isə, bu təşkilatın hazırki  rəhbəri Stanislav Zas hələ bir müddət əvvəl Kəlbəcərdə baş verənləri sərhəd hadisəsi kimi qiymətləndirərək, belə olayların KTMT nizamnaməsinin kollektiv müdafiə ilə bağlı müddəalarına aid edilmədiyini bildirmişdi. 
 
Yeri gəlmişkən, Paşinyanın bundan əlavə, “Hazırkı situasiyada Rusiya sərhədçilərinin Azərbaycanla bütün sərhəd boyunca dayaq məntəqələrinin yerləşdirilməsi məsələsinə baxmağı məqsədəuyğun hesab edirəm. Bu, delimitasiya və demarkasiya işlərini hərbi toqquşma riski olmadan gerçəkləşdirilməsinə imkan verəcək”, təşəbbüsünə Moskvadan verilən cavab isə hələ ki, dəqiq deyil. Çünki, Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bu təşəbbüslə bağlı dünən jurnalistlərə “İrəvanla əlaqələr davam edir, əlavə edəcək bir şeyim yoxdur” - deyib.
Əslində Rusiyadan Azərbaycana qarşı hansısa formada xeyir gözləmək nə qədər çətin olsa da, ancaq Paşinyanın Ermənistan-Azərbaycan sərhədinə Rusiya sərhədçilərinin yerləşdirilməsi ilə bağlı söylədiyi “Bu, delimitasiya və demarkasiya işlərini hərbi toqquşma riski olmadan gerçəkləşdirilməsinə imkan verəcək”, ifadəsi mövcud problemin aradan qaldırılması üçün müəyyən ümidlər yaradır.
 
Diqqət edin, əgər Rusiya sərhədçiləri Ermənistan-Azərbaycan sərhədi boyunca yerləşdirilərsə, onda tərəflər hazırki mövqelərində qalmaqla, keçmiş sovet respublikaları arasında ərazi bölgüsünü göstərən 1975-ci ildə təsdiqlənmiş SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının geniş miqyaslı xəritəsi əsasında delimitasiya işlərinə başlanar və ardınca sülh sazişi bağlanar. Sözsüz ki, delimitasiya prosesində rusiyalılar ermənilərə tərəfbazlıq etməsinlər deyə bu işdə türkiyəli mütəxəssilərin ən azı müşahidəçi qismində iştirakı çox vacibdir. Çünki Azərbaycan tərəfi Ermənistana qeyd etdiyimiz xəritə üzrə sərhədi müəyyənləşdirməyi təklif etsə də, ancaq qarşı tərəf hər şeyi öz arşınları ilə ölçdüyündən bu xəritəni “falşivı” adlandırır. Bu üzdən də rəsmi Bakının “pazı, pazla çıxararlar” deyimi üzrə hərəkət edib həmin xəritəni rusların əlinə verərək əsrlərdir Azərbaycana “paz” etdikləri erməniləri elə onların öz əlləri ilə zəbt etdikləri ərazilərdən çıxarmaları daha məqsədəuyğun olar. Yeri gəlmişkən, bu işi Rusiya gördüyündənPaşinyan müəyyən mənada Koçaryan və digər “yanların”xofundan həm də sığortalanmış olar.
 
Əslində bu proses baş tutarsa, burada Rusiyanın bölgədəki geosiyasi movqeyi daha da möhkəmlənəcək. Çünki, bu addımla rəsmi Moskva Paşinyanın təklif etdiyi ABŞ və Fransanın bölgəyə girişinin qarşısını alır və Bakı isə öz növbəsində Ermənistanla dövlət sərhədini tamamilə bərpa etmiş olur. 
 
Doğrudur, bu, Rusiyanın gələcəkdə istənilən vaxt bölgədə yeni münaqişə ocağı alovlandırmasına əsas ola biləcəyi baxımından Azərbaycan üçün nə qədər arzuolunan olmasa da, ancaq delimitasiyadan və iki ölkə arasında qarşılıqlı suveren ərazilər tanındıqdan sonra sülh sazişinin bağlanması artıq İrəvanın Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıması olacaq ki, bu da mövcud münaqişənin birdəfəlik  sona çatmasına ümid yaradır.
 
Ancaq bütün bunlar rusiyalı “sülhməramlıların” Azərbaycan ərazisində lövbərini uzunmüddətə atıb qalmasına aid edilməməlidir. Hərçənd, Moskva bölgədə Türkiyə-Azərbaycan arasında bağlanmış möhtəşəm Şuşa Bəyannaməsinin fərqidədir və istər Xankəndi və ətraf ərazilərdə “sülhməramlıların”, istərsə də sərhəddə dayanacaq rusiyalı sərhədçilərin erməni “fətfası” ilə mümkün təxribatının qarşısının yerindəcə alınacağını anlayır. Digər tərəfdən isə Rusiya yaxşı anlayır ki, Cənubi Qafqazda ədalətin bərpası yolunda  dilənçi, şantajçı və “yanını” ABŞ-la Fransanın “kətilinə” qoymaq istəyən ermənilərdənsə, Azərbaycan və Türkiyə ilə hərtəfli əməkdaşlıq etmək onun üçün daha faydalıdır.
 
Quldur Koçaryanı, Ohanyanı və digər daşnaq “yanları” cin gözündə görüb “üşənən” Paşinyanın qorxusunu onun arvadağası Anna Akopyan bütün ermənilərin baş “katolizatoru” II Qareginin yanına aparıb lap baş-gözünə şapalaqlatdırsa da, xeyiri olmayacaq. Bu üzdən ağır xəstələr sovet dövründə Moskvaya aparıldığı kimi, görünür Paşinyanın da bu xəstəliyinin çarəsi yalnız Moskvadadır. Başqa sözlə desək, Paşinyanın canından Koçaryan qorxusunu 1975-ci ildə yazılmış resept üzrə yalnız Putin çıxara bilər.
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO

Xəbər xətti

Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
Hamısı