Erməni təxribatlarının məqsədi ortaya çıxıb

Siyasət 22:44 30.07.2021

İkinci Qarabağ müharibəsi Azərbaycan tərəfinin xeyri ilə sonlanan sazişin bağlanması ilə bitsə də bölgədəki sabitlik bərpa olunmayıb. Rusiya sülhməramlı missiyanı öz üzərinə götürsə də görünən budur ki, öhdəsindən gələ bilmir. Digər tərəfdən ATƏT-dəki fəaliyyətini artırmağa çalışan Rusiya yeni bəyannamələrdə də bəzi ziddiyətlər yaradıb.

Bütün bunlara rəğmən nələrisə həll edə biləcəyi fikrini müdafiə edən Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında Azərbaycan - Ermənistan sərhədində baş verənləri də müzakirə edib: Moskvanın Bakı və İrəvan arasında atəşkəsə nail olduqdan dərhal sonra TŞ-nın iclasını keçirməsi Rusiya qoşunlarının Kəlbəcər istiqamətində Zoddan Xəzinəvara qədər yerləşdirilməsinə hazırlıq getdiyi ehtimalını önə çıxarıb. Bu qərar da bir çox cəhətdən ziddiyət təşkil etsə də yaxın günlərdə baş tuta bilər.

Bu qərarlar, proseslərin davamını da təxmin etməyə imkan verir. Rus qoşunları bölgəyə yerləşdirildikdən sonra tərəflərin olduqları mövqelərdə qalacağı və sərhədin Kəlbəcər istiqamətində delimitasiya həyata keçiriləcəyi nəzərdə tutula bilər. Daha sonra isə müqavilə ilə rəsmiləşməsi yəni öz sabitliyini qoruması ehtimalı daha da artacaq.

Bütün bunları nəzərə alaraq Təhlükəsizlik Şurasının iclasını keçirən Rusiya tərəfi Paşinyanın təklif etdiyi "Beynəlxalq müşahidəçilər"in yəni ABŞ və Fransanın bölgəyə girişinin qarşısını alır. Bu mümkün prosesdən Azərbaycan tərəfinin əldə edəcəyi isə dövlət sərhədlərinin de-fakto və de-yure tanınması olacaqdır. Bu prosesin təşkili isə İrəvanın rəsmi olaraq Qarabağı Azərbaycan ərazisi kimi tanıması deməkdir.

Lakin bütün bu məqamlara rəğmən ağılda qalan suallar var. Rusiyanın sərhəddə qalmaq cəhdləri nədən irəli gəlir? Qeyd edək ki, bu ilin mayında Lavrovun bölgəyə səfəri ilə başlayan, ardınca Qaragöl ətrafında bu gün də davam edən gərginliyin başlanması zamanı qeyd etmişdik ki, Rusiya bölgədə qalmaq üçün uzunmüddətli səbəb axtarır və bunun təşkili üçün əlindən gələn hər bir ehtimalı yoxlayacaq.

Rusiya tərəfinin məqsədi öz önəmini nümayiş etdirmək və bu ərazilərdəki varlığını möhkəmlətməkdir. Moskva anlayır ki, 30 il ərzində bölgədə təsir dairəsi olaraq istifadə etdiyi Qarabağ məsələsi bitib və bundan yalnız yaxın perspektivlər üçün istifadə edə bilər. Belə bir zamanda isə Rusiyanın yürütdüyü siyasət bölgədə öz əhəmiyyətini artırmaqdan ibarətdir .

Moskva görür ki, rəsmi Bakı Qarabağa "status" verməyəcək, Rusiya isə öz növbəsində altına imza atdığı üçtərəfli razılaşmanı icra etməlidir. Rus sülhməramlılarının 5 ildən sonra bölgədə qalması isə sual altındadır. Moskva onu da anlayır ki, geosiyasi dəyişiklikdə Azərbaycan güclü olan tərəfdədir və Bakı - Ankara ikilisi ilə toqquşmaq yox, əməkdaşlıqda fayda var. Bu, həm də bölgədəki maraqlarını qorumaq baxımından əhəmiyyətlidir. Belə ki, Rusiya tərəfi qoşunlarını iki ölkənin sərhədində saxlamaqla iki hədəfə nail olur. Bu yolla da Ermənistanın əlindən çıxması riskinin qarşısını alır. Çünki ruslar üçün Ermənistanda qərb yox, kommunikasiyanın bərpası, sərhədlərin açılmasından daha sonra Türkiyə faktoru daha təhlükəlidir. İkinci qazanc isə bölgədə uzunmüddətli təsir sahəsi əldə edir.

Ümumilikdə Rusiya qazanan tərəfdir, amma rəsmi Bakı da manevrləri edir. Məsələn Rusiyanın əli ilə Ermənistan üçün yeni imkanlar aça biləcək “beynəlxalq müşahidəçi" planını sıradan çıxarır. Rusiyanın vasitəçiliyi ilə sərhədlərin delimitasiyasını həyata keçirir. Rusiyaya bölgədə uzunmüddətli imkanlar açmaqla zamanı çatanda Qarabağdan Azərbaycanın sərhədləri daxilindən çıxmasına zəmin yaradır.

Bu yolla da Azərbaycan tərəfi gərginliyi Azərbaycan daxilindən Ermənistan tərəfinə köçürür. Belə görünür ki, Prezident İlham Əliyevlə Vladimir Putin anlaşa bilib. İlham Əliyevin Xankəndi, Xocalı və Xocavənd məsələsini rəsmi şəkildə bitirən fərmanı imzaladıqdan sonra Moskvaya getməsi və ardınca baş verənlər də bu ehtimalı daha gücləndirir. Bakı Moskvaya tam güvənməyin də yanlış olduğunu bilir və Türkiyə faktorunun oyuna daxil edilməsi həm Qarabağda, həm də sərhəddə mümkün risklərə qarşı hesablanıb. Beləliklə bütün bu hesablanmış addımlarla erməni tərəfinin təxribatlarının tamamilə dayandırılması gözlənilir. Bütün bu faktlar və gedişatlara görə, demək olar ki, ermənilərin təxribatı tamamilə Rusiya sifarişindən ibarətdir. Bu sifariş qarşılığında ermənilərə nə vəd olunduğunu isə zaman göstərəcək. Çünki ordusunu demək olar ki, itirmiş bir dövlətin bu cür hərbi münaqişələrə can atmasına başqa ad vermək olmaz.

Digər bir ehtimal isə ermənilərin ATƏT-in digər üzvlərini bölgəyə cəlb etmək istəyi ola bilər. Bu ehtimal daha mümkünsüz görünür belə ki, Rusiyanın bu mövzuda mövqeyi sərtdir. Başqa bir tərəfdən isə Azərbaycan da bölgədə başqa bir siyasi təsir istəmir. Bütün bunlara nəzərən demək olar ki, Azərbaycan həmişəki kimi uzaqgörən və ölçülmüş gedişatla bu siyasət oyunundan da qalib çıxacaqdır.

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Hamısı