Rusiyanın Avropa Birliyindəki daimi nümayəndəsi Vladimir Çijov MDB ölkələrinin Birliyə üzvlük perspektivini dəyərləndirib.
EDNews.net Modern.az-a istinadən xəbər verir ki, diplomat “Şərq Tərəfdaşlığı” ölkələrindən heç birinin Avropa ailəsinin üzvü ola bilməyəcəyini əlavə edib.
“Ukrayna, Gürcüsran və Moldovanın Avropa Birliyinə daxil olma ehtimalı çox aşağıdır. Qorxuram ki, bu məsələnin aktual olacağı dövrə biz sağ çıxmayacaq. Azərbaycanla Ermənistan isə hazırda öz daxili məsələləri və ikitərəfli danışıqlarla məşğuldur. Belarus prezidenti Aleksandr Lukaşenko isə Qərbin sanksiyalarına cavab olaraq Avropa Birliyi ilə əməkdaşlıq layihələrinə son qoyub”- deyə Çijov qeyd edib.
Onun fikrincə, hazırda Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” proqramı (Ukrayna, Belarus, Moldova, Gürcüstan, Ermənistan və Azərbaycan) dərin böhran keçirir.