Əgər Rusiya qoşunları regiona daxil olmasaydı taleyimiz başqa cür olacaqdı... Araik Arutyunyan

Siyasət 21:17 04.08.2021
Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan Azərbaycan ərazilərində mövcudluğunu hələ də davam etdirən oyuncaq rejimin başçısı Araik Arutyunyan bu gün Ağdərədə olub. Və orada yaşayan ermənilərlə söhbətləşərək “Rusiya qoşunlarının regionda daimi qalmasının vacibliyini” deyib.
 
“Rusiya sülhməramlı qüvvələrinin Qarabağda iştirakı müvəqqəti deyil, daimi xarakter daşımalıdır”,-erməni KİV-lərinin Araikin söhbətindən dərc etdiyi sitatda bildirilir.  
 
 
“Region elədir ki, biz təhlükəsizliyi və sülhü müstəqil şəkildə təmin etmək imkanında deyilik. Rusiya qoşunlarının iştirakı müvəqqəti yox, daimi olmalıdır. Əgər Rusiya qoşunları regiona daxil olmasaydı bizim taleyimiz başqa cür olardı”,-Arutyunyan deyib. Lakin o, əlavə edib ki, ermənilər kiminsə onları xilas edəcəyinə ümid bəsləməli deyil: “Biz özümüz özümüzü xilas edəcəyik, burada yaşamağa davam etməklə”.
 
Bu kontekstdə Araik Ağdərədə həyata keçirməyi planlaşdırdıqları iri investisiya layihələrindən də danışıb. Deyib ki, Çərəktar kəndi yaxınlığında (Tərtər çayının üzərində) iri su elektrik stansiyası tikiləcək və bu layihəyə 25 milyon dollar investisiya qoyulacaq.  Habelə daha sonra Sərsəng-Suqovuşan arasında 45 milyon dollara daha bir su elektrik stansiyasının tikilməsi gözlənilir. Araik bu layihələri Azərbaycanın işğal edilmiş əraziləri azad etməsindən sonra Rusiya sülhməramlılarının nəzarətinə keçən ərazilərdə elektrik qıtlığının yaşanması ilə əsaslandırıb.
 
 
Ağdərənin Çərəktar kəndi. Orada qanunsuz məskunlaşmış ermənilər ötən ilin dekabrında Kəlbəcər boşaldılanda bu kəndin də Azərbaycanın nəzarətinə qaytarılacağını eşidərək evləri yandırıb getmişdilər. Sonra məlum oldu ki, kənd Rusiya sülhməramlılarının məsuliyyət zonasında qalır və nəticədə tragikomik vəziyyət yarandı-ermənilər kəndə qayıtmaq istəsələr də salamat ev qalmamışdı...
 
Özünü hələ də Xankəndində “prezident” adlandırmaqda davam edən Araikin bu çıxışı əlbəttə, Rusiya sülhməramlı qüvvələrinin nəzarətindəki ərazilərdə yaşayan ermənilərə (onların sayı Azərbaycan tərəfinin son dəqiqləşdirmələrinə əsasən, 25 min nəfərdən çox deyil) hansısa ümidlər verməkdir. Lakin Rusiya qoşunlarının regionda iştirakının müvəqqəti, yoxsa daimi xarakter daşıması məsələsi hansısa qondarma araiklər səviyyəsində həll edilmir. Bu məsələ 10 noyabr üçtərəfli bəyanatında aydın şəkildə təsbit olunub. Yəni sülhməramlılar 5 il müddətinə yerləşdirilir və əgər tərəflərdən biri etiraz etməsə müddət uzadıla bilər. Və həmin bəyanatda  Rusiya qoşunlarının qalma müddəti barədə Araik və onun qondarma administrasiyasından nəsə soruşulacağı haqda heç nə deyilmir.
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranması günüdür - VİDEO

Xəbər xətti

Bakı meriyasında müşavirə keçirilib, “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib
13:20 28.03.2024
Gənclər Paytaxtında teatr əsaslı təlim düşərgəsinə yekun vurulub
13:12 28.03.2024
Direktor müavini olmaq istəyənlərin NƏZƏRİNƏ
13:02 28.03.2024
Emin Ağalarov “Crocus”da qapıların bağlı olmasının səbəbini AÇIQLADI
Emin Ağalarov “Crocus”da qapıların bağlı olmasının səbəbini AÇIQLADI
12:54 28.03.2024
Sabah 20 dərəcə isti olacaq
12:45 28.03.2024
“Bu ərazilər Azərbaycana sülh yolu ilə qaytarılacaq” – İlyas Hüseynov
12:30 28.03.2024
Sabah dumanlı hava gözlənilir
Sabah dumanlı hava gözlənilir
12:27 28.03.2024
Ombudsman Xankəndidə erməniəsilli sakinlərlə görüşüb, sığınacağa baş çəkib
12:23 28.03.2024
"Aİ nümayəndələrinin diqqəti yalnız Rusiyaya qarşıdır" - Mariya Zaxarova
12:17 28.03.2024
“Macarıstan ABŞ-ın birbaşa diqtəsinə qulaq asmır” – Politoqdan AÇIQLAMA
12:15 28.03.2024
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
12:09 28.03.2024
Tanışını öldürən şəxsin cinayət işi məhkəməyə göndərildi
12:06 28.03.2024
Putindən “Rusiya ruslarındır” bəyanatına tənqid
Putindən “Rusiya ruslarındır” bəyanatına tənqid
11:55 28.03.2024
Mərkəzi Bank uçot dərəcəsini AZALTDI
11:52 28.03.2024
Toyda gəlinə verilən hədiyyə boşananda BÖLÜNMƏYƏCƏK
11:50 28.03.2024
Finlandiya kəşfiyyatından "rus casusu" xəbərdarlığı
Finlandiya kəşfiyyatından "rus casusu" xəbərdarlığı
11:45 28.03.2024
Mərkəzi Bankdan inflyasiyaya dair proqnozla bağlı AÇIQLAMA
11:43 28.03.2024
Zelenski: Ukrayna Hindistanla əlaqələrini kəsməlidir
Zelenski: Ukrayna Hindistanla əlaqələrini kəsməlidir
11:40 28.03.2024
Paşinyan "mühacir Qarabağ hökumətini" tanımadığını bildirib
11:39 28.03.2024
ABŞ-Ermənistan-Aİ müştərək konfransı Azərbaycana təzyiq planının tərkib hissəsidir - deputat Könül Nurullayeva
11:30 28.03.2024
Türkiyənin bu küçələrinə azərbaycanlı şəhidlərin adı verilib
Türkiyənin bu küçələrinə azərbaycanlı şəhidlərin adı verilib
11:24 28.03.2024
Ermənistan hökuməti separatçıların İrəvandakı açıqlamalarına göz yumur - BƏYANAT
11:20 28.03.2024
Rusiya şəbəkəsi ifşa edildi, ölkədə həyəcan təbili çalındı
Rusiya şəbəkəsi ifşa edildi, ölkədə həyəcan təbili çalındı
11:15 28.03.2024
KTMT-nin Baş katibi: "Ermənistanla münasibətləri təhlil edirik"
11:11 28.03.2024
Rusiya ulduzları Müslüm Maqomayevin mahnılarından ibarət albom yazdı
11:07 28.03.2024
Qalaktikadakı nəhəng qara dəliyin YENİ FOTOSU
11:06 28.03.2024
Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan edilib
11:05 28.03.2024
ABŞ Dövlət Departamentinin əməkdaşı ölkəsini soyqırıma şərait yaratmaqda günahlandırıb
11:03 28.03.2024
Putin Qərbə xəbərdarlıq edib
Putin Qərbə xəbərdarlıq edib
11:00 28.03.2024
Sülh müqaviləsinin imzalanması reallaşır? – Paşinyanın Fransa nümayəndəsi ilə görüşünün GİZLİ MƏQAMLARI
10:45 28.03.2024
Əli Nağıyev: Ermənistanla sülh müqaviləsinin imzalanması üçün yaranmış şərait Fransanı ciddi narahat edir
10:35 28.03.2024
Deportasiya edilən təxribatçı sığınacaq istədi
Deportasiya edilən təxribatçı sığınacaq istədi
10:30 28.03.2024
Bakıda döyüş tətbiqinə yararlı qumbara və partladıcı tapıldı
10:25 28.03.2024
Bu gün ilk Qədr gecəsidir
Bu gün ilk Qədr gecəsidir
10:20 28.03.2024
Hər 6 uşaqdan 1-i kiberbullinqə məruz qalır
Hər 6 uşaqdan 1-i kiberbullinqə məruz qalır
10:15 28.03.2024
DTX rəisi: Fransa Ermənistanı yeni müharibəyə təhrik edir
DTX rəisi: Fransa Ermənistanı yeni müharibəyə təhrik edir
10:12 28.03.2024
Əli Nağıyev: “Daşaltı əməliyyatında itkin düşmüş daha 73 nəfərin adı yaxın günlərdə açıqlanacaq”
10:08 28.03.2024
12 nəfər Qəzza sakini humanitar yardım almaq üçün həyatını itirib
12 nəfər Qəzza sakini humanitar yardım almaq üçün həyatını itirib
10:05 28.03.2024
Bağça müdiri vəzifəsinə qəbul üçün imtahan keçiriləcək
10:00 28.03.2024
İtaliyada güclü ZƏLZƏLƏ oldu
09:58 28.03.2024
Hamısı