“Azərbaycan Ordusu Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə işğal altında olan torpaqların azad edilməsi zamanı müasir texnologiyalar və yeni döyüş taktikasından istifadə edərək qələbə əldə edib”.
EDNews.net-in məlumatına görə, bunu müdafiə naziri Zakir Həsənov Konyada “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimlərini izlədikdən sonra deyib.
Nazir bildirib ki, bu, bütün dünyaya Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz və əbədi olduğunu nümayiş etdirib.