Rusiyadan növbəti təxribat Rəsmi orqandan Azərbaycana qarşı iyrənc addım

Siyasət 14:16 16.09.2021

Rusiya hökumətinin rəsmi mətbuat orqanı olan “Rossiyskaya qazeta” Azərbaycana qarşı təxribata yol verib.

EDNews.net-in APA-ya istinadən verdiyi məlumata görə, qəzetdə yayımlanan “Şamxor: Rus dəstəsi 195 il əvvəl Fars ordusunun avanqardını əzdi” ((“Шамхор: русский отряд разбил авангард персидской армии 195 лет назад”) adlı məqalədə Azərbaycanın XIX əsrin əvvəllərinə dair tarixi faktlar saxtalaşdırılıb.

Oleq Qalitskix adlı müəllifin məqaləsində 1826-cı ilin sentyabrın 15-də, bəzi mənbələrə görə sentyabrın 3-də baş verən Şamxor döyüşündən bəhs edilir. Rusiya-İran müharibəsi zamanı indiki Şəmkir ətrafında baş vermiş döyüş haqqında yazan rusiyalı müəllif Azərbaycan xanlıqlarını Şərqi Ermənistan (“Восточная Армения”) adı altında təqdim edib.

Türk qacarlar sülaləsinin nümayəndəsi şahzadə Abbas Mirzəni fars sülaləsinin nümayəndəsi kimi təqdim edən müəllif yazır: “Öz növbəsində, hakim Fars sülaləsi 1804-1813-cü illərdəki Rusiya-Fars müharibəsinin nəticələrini geri qaytarmağa ümid edirdi, hansı ki, bu müharibənin nəticəsində Persiya Rusiyanın Gürcüstan, Dağıstan və Şərqi Ermənistan üzərində hökmranlığını tanımışdı”.

Göründüyü kimi, müəllif tarixi faktları saxtalaşdıraraq həmin zaman mövcud olmayan Gürcüstan, Dağıstan və Şərqi Ermənistan terminlərindən istifadə edir. Belə ki, 1804-1813-cü illərdə Rusiya ilə İran arasında gedən müharibə nəticəsində imzalanan Gülüstan müqaviləsinə görə, İrəvan, Naxçıvan və Talış xanlıqları istisna olmaqla bütün Şimali Azərbaycan xanlıqları Rusiya imperiyasının tərkibinə daxil olmuşdu. Həmin müqavilədə “Şərqi Ermənistan” termininə rast gəlinmir.

Daha sonra müəllif Abbas Mirzənin Qarabağa hücumundan və Şuşa qalasını mühasirəyə almasından yazır. Qədim Azərbaycan şəhəri olan Şuşanı erməniləşdirərək “Şuşi” kimi təqdim edən “tarixçi-jurnalist” Şuşa qalasının “erməni və Rusiyaya sadiq azərbaycanlı əhalisinin dəstəyi ilə Abbas Mirzənin qoşunlarına müqavimət göstərdiyini” qeyd edir. Qalitskix burada daha bir tarixi faktı saxtalaşdırıb. Belə ki, onun qeyd etdiyi kimi, həmin dövrdə Şuşanın erməni əhalisi olmayıb. Həmin dövrdə ermənilər Şuşaya ancaq ticarət etmək üçün gəliblər.

Qərəzli rusiyalı müəllifin məqaləsi başdan ayağa ziddiyyətli məqamlarla doludur. Bu ziddiyyətin meydana gəlməsinə səbəb isə onun tarixi faktları saxtalaşdırmaq cəhdləridir. Müəllif məqalədə Qarabağ, İrəvan xanlıqlarının adlarını çəkir. Lakin həmin xanlıqlarının xanlarının azərbaycanlı olduğunu qeyd etmir. 1828-ci ilin 10 fevral tarixində imzalanan Türkmənçay müqaviləsinə toxunan müəllif bu müqaviləyə əsasən, “Şərqi Ermənistanda erməni özünüidarəçiliyinin yaradılması” haqqında razılığa gəlindiyini yazır”. Yenə tarixi faktları saxtalaşdıran Qalitskix Türkmənçay müqaviləsinin XV maddəsinə əsasən, on minlərlə erməni ailəsinin İrandan Şimali Azərbaycan ərazisində köçürüldüyündən yazmır.

Sentyabrın 15-də Rusiya hökumətinin mətbuat orqanı olan, bütün rəsmi məlumatların dərc olunduğu “Rossiyskaya qazeta”da yayımlanan Azərbaycana dair tarixi faktların saxtalaşdırılmasının əks olunduğu məqalənin müəllifi Oleq Qalitskix barədə APA-nın Moskva müxbiri araşdırma aparıb. Məlum olub ki, Qailtskix Rusiyanın erməni diasporunun güclü olduğu Krasnodar diyarının Soçi şəhərində yaşayır. Məlum məqalənin sifarişçilərinin kim və ya kimlər olduğunu tək elə bu fakt müəyyən edir.

Ona görə də Bakının daşnak-bolşevik işğalından azad olunan günün 103-cü ildönümündə, Bakıda və işğaldan azad olunan Şuşada bu münasibətlə hərbi yürüşlərin təşkil olunduğu gündə erməni diasporunun sifarişi ilə Qalitskixin Rusiya tarixi üçün o qədər də əhəmiyyətli olmayan “Şamxor döyüşü”ndən məqalə yazması heç də təəccüb doğurmur. Təəccüb doğuran məqam Rusiya hökumətinin rəsmi mətbuat orqanı olan “Rossiyskaya qazeta”nın bu məqaləni yayımlamasıdır.

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Azərbaycan Prezidenti Qırğızıstanlı həmkarını COP29-a dəvət etdi
14:15 24.04.2024
Hamısı