Ermənistanın müdafiə və təhlükəsizlik üzrə daimi parlament komissiyasının rəhbəri, hakim partiyasından olan deputat Andranik Koçaryan Azərbaycan və Ermənistan sərhədlərinin demarkasiyası və delimitasiyası məsələsinə münasibət bildirib.
Sovet dövrünün xəritələri əsasında Azərbaycan və Ermənistan sərhədlərinin demarkasiyası və delimitasiyası ilə bağlı jurnalistlərin sualını cavablandırarkən Koçaryan sərhədlər hansı xəritələr əsasında qurulmalı olduğu ilə bağlı fikirlərini bildirdi: “Ermənistan Böyük Tiqran kartları əsasında danışıqlar aparmayacaq ki!"
EDNews.net xəbər verir ki, onun sözlərinə görə, danışıqlar prosesində Ermənistan tərəfi əvvəlcədən bütün məsələləri aydınlaşdıracaq, sonra müzakirəyə çıxaracaq: "Nə cür kart olmalı idi? Böyük Tigran kartı? " – ironiya ilə deyib.