Ruslar "Gorus-Qafan”a alternativ yol çəkir | Eurasia Diary - ednews.net

17 Oktyabr,

Ruslar "Gorus-Qafan”a alternativ yol çəkir

Siyasət A- A A+

“Qraparak” qəzeti öz mənbələrinə istinadən Moskvada Azərbaycan və Ermənistan nümayəndələrinin bir müddətdir sülh sazişi ətrafındadanışıqlar apardığını bildirib. Nəşrin yazdığına görə, regionda kommunikasiyaların açılması müstəvisində də önəmli razılaşmalar əldə olunub.

EDNews.net Azvision.az-a istinadən xəbər verir ki, “Qraparak” qəzetinin yazdığına görə, tərəflər Sünikdən keçən yolla (Zəngəzur dəhlizi - red.) bağlı Rusiyanın və erməni sərhədçilərin nəzarətində olacaq nəqliyyat yolunun yaradılması barədə razılığa gəliblər. Azərbaycanlılar sərhəd buraxılış məntəqələrinin qurulacağı bu yoldan istifadə etmək üçün haqq ödəyəcəklər. Bu vəsaitin həcmi barədə hətta dəqiq rəqəmlər də səsləndirilir – ildə 150 milyon dollar. Gorus-Qafan yolu ilə bağlı ümumi rəyə gəlinmədiyindən tezliklə Rusiyanın maliyyə resursları hesabına alternativ Tatev-Qafan yolunun inşası barədə Moskva ilə razılıq əldə olunduğu da bildirilir. Bu yol İrandan gələn böyük yük maşınlarının keçməsini təmin edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...