Ermənistan İran tırları üçün cənubda təcili yol çəkir | Eurasia Diary - ednews.net

17 Oktyabr,

Ermənistan İran tırları üçün cənubda təcili yol çəkir

Siyasət A- A A+

Ermənistanın cənubundakı Gorus-Qafan yoluna paralel hesab edilən yol noyabrın sonunda hazır olacaq.

EDNews.net xəbər verir ki, bunu Respublika Yol İdarəsinin proqram idarə şöbəsinin müdiri Vaaqn Stepanyan hökumətin mətbuat xidmətinə müsahibəsində deyib.

Yeni yolun uzunluğu (M-2 magistral yolundan Shinuair, Tatev və Agvani kəndlərindən keçərək Qafana qədər) təxminən 68 km-dir.
İşlərin çoxu artıq tamamlanıb: gediş hissəsi genişlənir, bordürlər qoyulur. Stepanyan əmin edib ki, bu yoldan hər cür nəqliyyat vasitəsi istifadə edə biləcək.

Tikintinin ümumi dəyəri təxminən 8,9 milyard dram (təxminən 18 milyon dollar) olacaq.
Xatırladaq ki, Gorusdən Qafana gedən əsas magistral yolun 21 km-i Azərbaycan ərazisinə düşür.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...