İrəvan Qarabağ ermənilərini son ümidlərindən məhrum etdi - ednews.net

25 Oktyabr, Bazar ertəsi

İrəvan Qarabağ ermənilərini son ümidlərindən məhrum etdi

Siyasət A- A A+

Ermənistanda Qarabağ ermənilərinin qəbulu proqramı fəaliyyətini dayanrıb. Erməni mətbuatı yazır ki, İrəvandakı Qarabağ erməniləri çətin vəziyyətə düşüblər.

EDNews.net virtualaz.org-a istinadən xəbər verir ki, Ermənistanın əmək və sosial işlər nazirinin mətbuat katibi Zara Manuçaryan "Sputnik-Ermənistan"-a müsahibəsində bildirib ki, proqram yarımçıq icra olunmayıb, o sadəcə sona çatıb, və vətəndaşlara bu barədə məlumat verilib. Manuçaryanın sözlərinə görə, proqram üç ay fəaliyyət göstərməli idi, lakin onun müddəti iki dəfə uzadılıb.

"İndi Qarabağ ermənilərinin mənzil problemlərinin həllinə imkan verəcək yeni bir dəstək variantı üzərində düşünürük. Yəni proqramın əvvəlki formada davam edib-etməyəcəyini və ya yeni bir layihənin hazırlanıb-hazırlanmayacağını dəqiq deyə bilmərik", - Manuçaryan əlavə edib.

Onun sözlərinə görə, hal-hazırda Qarabağ ermənilərinə məşğulluq proqramlarından istifadə etməyi tövsiyə edirlər. Onlara ayda 125 dolların odənilməsini nəzərdə tutan 4 ayliq maliyyə yardımı programının müddəti sona çatıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...