İranın sərhəd təlimi Tehran niyə hərəkətə keçdi?

Siyasət 08:26 21.09.2021

Bakı-Tehran xəttində Azərbaycanın haqlı olmasına rəğmən İran tərəfindən yaradılan gərginlik yüksəlir. 30 illik işğal dövründə sərhədin nəzarətsiz hissəsindən istədiyi şəkildə istifadə edən Tehran Arazboyu (Culfa-Aslandüz-Muğan) istiqamətdə ilk dəfə açıq mesaj xarakteri daşıyan hərbi təlimlərə başladı.

Azərbaycanın İranın Xankəndiyə yük daşımasının qarşısını Gorus-Qafan yolunda praktiki olaraq kəsməsi fonunda təlimlər də Bakıya qarşı təzyiq xarakterlidir, hərçənd, bu, pazlın hissələrindən biridir, həm də Bakının prinsipial mövqeyi fonunda əhəmiyyətlidir:

- bu ölkənin Azərbaycandakı səfiri iki dəfə Prezident Administrasiyasının qapısını döydü;

- birinci görüşdən sonra iki iranlı sürücü əlində Xankəndiyə yük aparması faktı ilə həbs edildi; ikinci görüşdən sonra İran XİN “qonşu ölkələrin ərazi bütövlüyünü dəstəkləyirik” bəyanatı ilə sürücülərin azad edilməsi xahişini etdi;

- bunun fonunda SEPAH-ın da iştirakı ilə Azərbaycanla sərhəddə təlimlər davam edir.

Bu, Tehranın Bakıda təmaslarla istədiyinə nail olmadığı, rəsmi Bakının sərt mövqeyindən geri çəkilmədiyi deməkdir.

Tehranın II Qarabağ müharibəsindən sonra narahatlığı bəlli idi, lakin bunu niyə indi – Gorus-Qafan yolunda baş verənlərdən sonra açıq müstəviyə keçirməsi səbəbsiz deyil: işğal başa çatdıqdan sonra İranın Cənubi Qafqaza girişi böyük ölçüdə Azərbaycandan asılı vəziyyətə düşdü; Zəngəzur dəhlizinin açılmasından sonra bu asılılıq ikiqat artacaq, bunu anlayan Tehran dəhlizə alternativ marşrut üzərində fəaliyyətini aktivləşdirdi; hərçənd, Gorus-Qafan yolunun Azərbaycanın suveren ərazisinə düşən hissəsində üzləşdiyi maneə Bakının Zəngəzur dəhlizi açılmadan da Tehranın bölgədəki maraqlarını çəmbərə ala biləcəyini təsdiqlədi; yol məsələsində istədiyinə nail ola bilməyən İranın bu qədər aqressivləşməsi Bakıdan asılılığı həzm edə bilməməkdən qaynaqlanır.

Və görünür, diplomatik kanallarla Bakıdan istədiyini ala bilmədiyi üçün təlimlərlə hərbi müstəvidə təsir etməyə çalışır.

Gorus-Qafan yolu pazlın bir hissəsidir, böyük tabloda İranı qorxuya salan Türkiyə və İsrail faktorudur: sərhəd istiqamətində təlimlərlə bu iki ölkənin Qarabağda olmasını qəbul etmədiyinin mesajını verir.

Türkiyə amili: II Qarabağ müharibəsinin nəticəsindən bölgədə ən çox təsir itkisinə məruz qalan ölkə İran oldu. Və Türkiyənin bölgəyə gəlişi ilə İran faktiki Cənubi Qafqazdan sıxışdırılıb çıxarılır. Tehran Türkiyə və Azərbaycanın son təlimlərini - həm işğaldan azad edilmiş ərazilərdə, həm də Xəzərdə - özünə qarşı təhlükə olaraq görür.

İsrail amili: müharibədə İrandan fərqli olaraq, Azərbaycana dəstək verən İsrailin şirkətləri təbii olaraq, işğaldan azad olunmuş ərazilərin bərpası prosesində iştirak edirlər; İran bunu “İsrailin öz sərhədlərinə gəlişi” kimi qəbul edir və davranışları ciddi narahatlığından xəbər verir; təlimlərdə iştirak edən hərbi texnikanın üzərində Xameneinin “İsrail önümüzdəki 25 ili görməyəcək” sözlərinin əks olunması da iransayağı mesaj hesab oluna bilər.

Baş verənlər İranın işğaldan azad olunmuş ərazilərinin bərpası prosesində iştirak istəyinin Bakı tərəfindən geri çevrildiyini də deməyə əsas verir. Tehran bərpa prosesi başlayanda Bakıya “İran şirkətlərinin iştirakı” təklifini gətirmişdi və hər fürsətdə bunu irəli sürürdü də. Rəsmi Bakı haqlı olaraq, bu təklifə isti baxmır, çünki işğal dövründə Qarabağın talanmasından tutmuş oradakı maddi-mədəni irsimizin saxtalaşdırılmasına qədər, bütün prosesin müəlliflərindən biri də elə İran idi.

İran ərazilərin bərpası prosesində iştirak haqqını qazanmaqla bölgədə Türkiyə qarşısında, eləcə də prosesdə iştirak edən İsrail şirkətlərinə qarşı balansı müəyyən qədər də olsa təmin etmək istəyir. Əslində sərhəd boyu təlimlərin hədəflərindən biri də Bakıya “İran şirkətlərinin bərpa prosesində iştirakı” təklifini qəbul etdirməkdir. Lakin işğal dövründə bütün “körpüləri yandıran” və bu gün də Xankəndidəki separatçılara dəstək verən İranın bu istəyinə nail olması çətin görünür.

Bakı-Tehran xəttində gərginliyin artan templə davam edəcəyi gözləniləndir. Və İran Azərbaycana qarşı təzyiq siyasətini bir neçə istiqamətdə aparacaq:

1. Ermənistana və Qarabağdakı separatçılara dəstəyini davam etdirəcək;

2. Azərbaycanın inanclı kəsimi üzərindən rəsmi Bakıya qarşı daxili təzyiqi aktivləşdirəcək (son proseslər buna start verildiyini göstərir);

3. Azərbaycana qarşı klassik separatizm kartını işə salacaq (bu prosesə Ermənistan və erməni diasporu/lobbisi ilə birlikdə başlamaq cəhdləri var).

Asif Nərimanlı

Şuşalılar doğma yurdlarına qayıdırlar - VİDEO

Xəbər xətti

Şuşalılar doğma yurdlarına qayıdırlar - VİDEO
09:22 20.04.2024
“Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür" - Hikmət Hacıyev
09:15 20.04.2024
Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Hamısı