Fransa prezidenti Emmanuel Makron Ermənistanın dövlət müstəqilliyinin 30-cu ildönümü münasibətilə prezident Armen Sarkisyana təbrik məktubu göndərib.
EDNews.net Modern.az-a istinadən xəbər verir ki, Fransa lideri Qarabağ məsələsi ilə bağlı dialoqun bərpasına çağırış edib.
“Fransa regionda sülhün əsas aktoru olmaq və Dağlıq Qarabağdakı qanlı müharibədən sonra Ermənistana üzləşdiyi çətinlikləri dəf erməyə yardım göstərmək istəyir. Bu dəstək o cümlədən, regionun mədəni-tarixi irsinin saxlanılmasında özünü göstərəcək. Fransa Dağlıq Qarabağ konfliktinin uzunmüddətli həlli yollarının axtarışında da ATƏT-in Minsk qrupunu bayrağı altında səylərini əsirgəməyəcək, regionun çiçəklənməsi və inkişafı üçün Cənubi Qafqazda vəziyyətin stabilləşməsinə çalışacaq”- deyə Makron söyləyib.