“Əgər mən Gorus-Qafan yolu ilə gedib sağ qayıtmışamsa deməli vəziyyət normaldır...” - ednews.net

5 Dekabr,

“Əgər mən Gorus-Qafan yolu ilə gedib sağ qayıtmışamsa deməli vəziyyət normaldır...”

Siyasət A- A A+

Bu gün Yerevanda, Ermənistanın əslində mövcud olmayan “müstəqilliyinin” 30 illiyinin qeyd olunması mərasimlərində jurnalistlər Baş qərargah rəisi Artak Davtyanı haqlayıblar və ondan son günlər gündəmdə olan əsas mövzu – Gorus-Qafan yolunun Azərbaycan hissəsindəki vəziyyət barədə soruşublar.

EDNews.net virtualaz.org-a istinadən xəbər verir ki, Davtyan əvvəlcə pafoslu sözlər deyib, bildirib ki, o erməni xalqının və Ermənistanın indiki vəziyyətdən çıxacağına, “uğrunda bu qədər mübarizə aparılmağa dəyəcək ölkə quracağına” əmindir. Amma bildirib ki, bu yolda hələ çox iş görülməlidir.

Bu vaxt jurnalistlər soruşublar: Baş qərargah rəisi arzu etdiyi həmin ölkənin qurulması üçün hansı ilkin şərtləri görür, bir halda ki, Ermənistan vətəndaşları Sünik vilayətinə (Zəngəzur) gedib-gələndə öz təhlükəsizliklərindən əmin deyillər.

Davtyan isə deyib ki, Zəngəzura gedib-gəlməkdə heç bir problem görmür. “Mən özüm də Gorus-Qafan yolundan keçmişəm və hər şey normal olub. Əgər mən bu yolla gedib qayıtmışamsa deməli hər şey normaldır”, - general Davtyan belə deyib. Baş qərargah rəisi jurnalistlərin bu mövzuda sonrakı suallarına cavab verməyərək uzaqlaşıb...

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...